SON XƏBƏRLƏR

Pompeo: “Amerika gələn ay İran mövzusu ilə bağlı Polşada beynəlxalq konfrans keçirəcək”

2021.10.20, 07:36
Pompeo: “Amerika gələn ay İran mövzusu ilə bağlı Polşada beynəlxalq konfrans keçirəcək”

Gunaz.tv

GünAzTV: Orta Şərq regionunda səfərdə olan ABŞ dövlət katibi Mayk Pompeo yanvarın 11-də “Fox News” agentliyinə açıqlamasında Tramp hökumətinin İran mövzusu ilə bağlı beynəlxalq bir konfrans keçirməyə hazırlaşmasından danışıb.

 

Pompeo bildirib ki, əsasən İranın regionda yürütdüyü dağıdıcı siyasəti və Orta Şərq məsələləri ilə bağlı keçiriləcək beynəlxalq konfransa Amerika başçılıq edəcək: “Amerika gələn ay İran mövzusu ilə bağlı Polşada bir beynəlxalq konfrans keçirəcək. Bu konfransda ölkələr bir araya gələrək, Orta Şərqdə sülh, sabitlik, azadlıq və təhlükəsizlik məsələlərini, eləcə də İranın regionda yürütdüyü siyasətini müzakirə edəcəklər.

 

Biz, əmin olmaq istəyirik ki, İran bir daha bölgənin sabitliyini pozan qüvvə olmayacaq. Amerikanın başçılıq etdiyi beynəlxalq konfrans, 13-14 fevralda (24-25 bəhmən) Polşada keçiriləcək və ona Asiya, Afrika, Avropa və Orta Şərqdən bir sıra ölkə başçıları qatılacaq”.

 

Bildirilir ki, İran məsələsi ilə bağlı keçiriləcək beynəlxalq konfransa İsrailin baş naziri Benyamin Netanyahu da qatılacaq.

 

 

Həmin gün, İranın xarici işlər naziri Məhəmmədcavad Zərif, “Twitter” səhifəsində paylaşdığı bir yazıda, Amerikanın təşəbbüsü ilə İranla bağlı Polşada keçiriləcək beynəlxalq konfransa münasibət bildirərək, bu toplantının öz ərazisində keçirilməsinə razılıq verdiyinə görə rəsmi Polşaya öz etirazını bildirib.

 

Yaydığı postda, keçiriləcək beynəlxalq konfransı “sirk” adlandıran və İranın İkinci dünya müharibəsində didərgin düşmüş minlərlə polyak qaçqınına sığınacaq verdiyini xatırladan Zərif, rəsmi Varşavanı bu addımına görə qınayıb. O yazıb: “Polşa hökuməti bu biabırçı ləkəni silə bilməyəcək. Vaxtilə İran İkinci dünya savaşında polşalıların həyatını qurtardı. İndi isə bu ölkə bu anti-İran sirkinə ev sahibliyi edir”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar