Pompeo: “Amerika İranda seldən zərər çəkmişlərə yardım etməyə hazırdır”

03.04.2019, 12:33

GünazTV: ABŞ-ın dövlət katibi Mayk Pompeo aprelin 2-də bəyanat yayaraq, Amerika hökumətinin İranda daşqın və seldən zərər çəkimişlərə humanitar yardım göstərməyə hazır olduğunu bildirib.

 

Pompeo, İranın xarici işlər naziri Məhəmmədcavad Zərifin iki gün əvvəl seldən ziyan çəkmiş insanlara yardım çatdırılması işində Amerika sanksiyalarının guya mane olması ilə bağlı səsləndirdiyi fikirləri rədd edərək, deyib ki, ölkədə baş vermiş daşqına İran rəhbərlərinin səriştəsizliyi səbəb olub: “Amerika Birləşmiş Ştatları Beynəlxalq Xaç Komitəsi və Beynəlxalq Qızıl Aypara Cəmiyyəti vasitəsilə İranda seldən zərər çəkmiş insanlara yardım göstərməyə hazırdır. Bu iki Beynəlxalq qurum, bizim yardımımızı İranın Qızıl Aypara Cəmiyyətinə çatdıra bilərlər.

 

İranda baş vermiş daşqın və selə gəlincə, deyə bilərik ki, bu olay, İran hakimiyyətinin bu kimi böhranlı və fövqəladə şəraitlərə hazırlıqlı olmaması və şəhər planlarının düzgün qurulmaması ilə bağlı səriştəsizliyini bir daha ortaya qoydu. İran hakimiyyəti ölkədə baş vermiş təbii fəlakətə görə, xarici qurumları günahkar kimi göstərməyə çalışır. Halbuki, bu faciəyə İran hakimiyyətinin öz səriştəsizliyi səbəb olub”-deyə Pompeo əlavə edib.

 

Xatırladaq ki, İranın xarici işlər naziri Məhəmmədcavad Zərif aprelin 1-də “Twitter” səhifəsində paylaşdığı bir statusda, Tramp hökumətinin İrana qarşı tətbiq etdiyi sanksiyalara və ölkədə baş vermiş təbii fəlakətə toxunaraq, Amerikanı İrana qarşı “iqtisadi terrorizm”də günahlandırıb. O bildirib ki, Amerikanın sanksiyaları, İranın Qızıl Aypara Cəmiyyətinin seldən zərər çəkmişlərə yardım çatdırılmasını xeyli çətinləşdirib.

 

 

Qeyd edək ki, son iki həftə ərzində İranın müxtəlif bölgələrində, o cümlədən də Mazandaran, Türkmənsəhra (Gülüstan),  Şimali Xorasan, Xuzistan, Loristan, Kohkiluye və Boyer Əhməd əyalətlərində, eləcə də Şiraz və digər şəhər və bölgələrdə baş verən daşqın və sel nəticəsində ən azı 57 nəfər həlak olub, 500-ə yaxın insan yaralanaraq xəstəxanalara yerləşdirilib. Təbii fəlakət nəticəsində minlərlə şəhər və kənd evlərinə xeyli ziyan dəyib.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24