SON XƏBƏRLƏR

Pompeo: “Biz İranın terrora sərf etdiyi pulları kəsmişik. İranla işimiz hələ qurtarmayıb”

2021.10.20, 07:36
Pompeo: “Biz İranın terrora sərf etdiyi pulları kəsmişik. İranla işimiz hələ qurtarmayıb”

Gunaz.tv

GünazTV: Amerikanın dövlət katibi Mayk Pompeo iyulun 8-də Vaşinqtonda keçirilən “Xristianların İsrail üçün birliyi” (CUFİ) konfransında çıxış edərək İranın beynəlxalq terrorizmə dəstəyindən və bu ölkənin islam respublikasına qarşı tətbiq etdiyi sanksiyalardan danışıb.

 

O bildirib ki, Amerikanın İran rejiminə qoyduğu geniş sanksiyalar nəticəsində artıq rəsmi Tehran müttəfiqi olan terror qruplaşmalarına pul çatdıra bilmir: “Biz, İrana qarşı təzyiqi gücləndirmişik və bunu davam etdirəcəyik. Həmin təzyiqlərin nəticəsidir ki, bu gün “Həmas” və “Hizbullah” kimi terror qrupları artıq İrandan pul ala bilmirlər. Çünki biz İranın terrora sərf etdiyi pulları kəsmişik. Bizim İranla işimiz hələ qurtarmayıb.

 

İran İslam Respublikası terrorizmə dəstək verməklə yanaşı ölkə daxilində digər dinlərlə düşmənçilik edir, öz dinindən üz döndərən müsəlmanları cəzalandırır, xristian fəallarını ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırılaraq onlara işgəncələr verir, təqib və təzyiqə məruz qoyur. 

 

İrana hakim ayətullahlar İran millətini öz iman və əqidə hüquqlarından məhrum ediblər. Artıq 40 ildir ki, vəziyyət belədir. Onlar 40 ildir ki, “İsrailə ölüm” şüarı səsləndirirlər. Bu isə qəbuledilməzdir” –deyə ABŞ-ın dövlət katibi Mayk Pompeo əlavə edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar