Pompeo: “BMT Təhlükəsizlik Şurası İrana silah satışına qarşı qoyulan sanksiyanın vaxtını uzatmalıdır”

2020-07-09 11:09

Amerika Dövlət Departamentinin rəhbəri Mayk Pompeo iyulun 8-də jurnalistlərlə görüşündə İrann Orta Şərqin sabitliyinə qarşı təxribat xarakterli fəaliyyətini davam etdirməsindən və Yəməndəki husi yaraqlılarına silah-sursat göndərməsindən danışıb.

Gunaz.tv Quote | Gunaz article


Pompeo deyib ki, Amerikanın körfəzdəki hərbi dəniz qüvvələri iyunun 28-də İranın yaraqlı husilərə göndərdiyi silah dolu gəmisini Yəmən sahillərinin yaxınlığında saxlayıblar: “Biz həmin vaxt İran gəmisini saxladığımızı elan etdik. Bəziləri bu xəbərin düz olmasına şübhə ilə baxırdılar. Lakin hazırda BMT bunu təsdiq edib.


Saxlanılan İran gəmisində yolxlamalar apararkən, Yəməndəki husilərə çatdırılması nəzərdə tutulan 200 ədəd RPG, 1700 ədəd kalaşnikov, 21 ədəd yer-göy raketləri və digər silah-sursatlar aşkarlanaraq götürülüb.


Heç bir ciddi insan İranın satın aldığı silahları sülh uğrunda işlədəcəyinə inana bilməz. Elə buna görə də hesab edirik ki, BMT Təhlükəsizlik Şurası İrana silah satışına qarşı qoyulan  sanksiyanın vaxtını uzatmalıdır”-deyə, ABŞ-ın dövlət katibi Mayk Pompeo əlavə edib.


Qeyd edək ki, İrana qarşı silah embarqosu 13 ildir davam edir, lakin BMT Təhlükəsizlik Şurasının nüvə sazişini də ehtiva edən 2231 saylı qətnaməsinə görə, tətbiq edilən sanksiyanın vaxtı bu il oktyabrın 17-də bitəcək. Birləşmiş Ştatlar isə həmin sanksiyanın vaxtının uzadılması barədə BMT Təhlükəsizlik Şurasının üzvlərinə yeni qətnamə layihəsini təqdim edib.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qarabağda itkin düşən erməni hərbçilərin yaxınları Ermənistan MN-in qarşısında etiraz aksiyası keçirir

2020-11-23

gun az article

İranda daha 453 ölüm halı ilə koronavirusdan vəfat edənlərin sayı 45 000 nəfəri keçib (Rəsmi statistika)

2020-11-23

gun az article

Azərbaycanda 15-dək deputat koronavirusa yoluxub

2020-11-23

gun az article

Dövlət Tərcümə Mərkəzi “Xankəndi necə Stepanakert oldu” adlı sənədli videoçarx hazırlayıb

2020-11-23

gun az article

Azərbaycan Seyran Ohanyan barəsində soyqırımı cinayəti üzrə axtarış elan edib

2020-11-23

gun az article

İsfahan Neft Emalı Şirkətinin avtobusu qəzaya uğrayıb. 4 nəfər ölüb, 17 nəfər xəsarət alıb

2020-11-23

gun az article

Səfirlər, hərbi attaşelər Füzulidə - Yenilənib

2020-11-22

gun az article

Putin: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir

2020-11-22

gun az article

Ağdam məscidi işıqlandırıldı

2020-11-22

gun az article

Azərbaycanda son sutkada 3196 nəfər COVID-19-a yoluxub, 1598 nəfər sağalıb, 24 nəfər vəfat edib

2020-11-22

gun az article

Putin: Rusiya Dağlıq Qarabağ üzrə imzalanan razılaşmada vasitəçidir

2020-11-22

gun az article

İranda daha 475 nəfər koronavirusdan ölüb, 13 053 nəfər xəstəliyə yoluxub (Rəsmi statistika)

2020-11-22

gun az article

Rəsmi Tehranın sözçüsü: “Azərbaycan prezidenti bizim yaxın dostumuzdur”

2020-11-22

gun az article

Türkiyə hərbçiləri Dağlıq Qarabağ üzrə Monitorinq Mərkəzində 1 il fəaliyyət göstərəcək

2020-11-22

gun az article

Azərbaycandakı xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri və hərbi attaşelərin işğaldan azad olunmuş Füzuliyə səfəri təşkil edilib

2020-11-22

gun az article

İranın Fars əyalətində 4.4 bal gücündə zəlzələ olub

2020-11-22

gun az article

DTX rəisinin Şuşa şəhərinə xidməti səfəri olub

2020-11-22

gun az article

Ağdamın Şelli kəndində Azərbaycan bayrağı ucaldılıb

2020-11-22

gun az article

Ombudsman Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan əsgərləri ilə bağlı Qırmızı Xaç Komitəsinə və BMT-yə təkrar müraciət edəcək

2020-11-22

gun az article

Lavrov: “Ermənistan rəhbərliyi 10 noyabr bəyanatının alternativsiz olduğunu etiraf etdi”

2020-11-21