SON XƏBƏRLƏR

Pompeo: “Fakt odur ki, İran rejimi təcavüzkardır”

2021.10.20, 07:36
Pompeo: “Fakt odur ki, İran rejimi təcavüzkardır”

Gunaz.tv

GünazTV: ABŞ-ın dövlət katibi Mayk Pompeo oktyabrın 22-də Vaşinqtonun “Heritage” Fondunda keçirilən bir toplantıda çıxış edərək, Amerika hökumətinin İranla bağlı siyasi mövqeyindən və Tehranın regionda və dünyada apardığı təcavüzkar siyasətindən danışıb.

 

O deyib ki, İran bölgədə və dünyada təxribat xarakterli əməllərindən əl çəkməsə, Amerika hökumətinin bu ölkəyə qarşı maksimum təzyiq siyasəti daha şiddətli şəkildə davam etdiriləcək: “Biz İranla bağlı həqiqəti olduğu kimi görməsək, daha uyğun xarici bir siyasət yürüdə bilməyəcəyik. Fakt odur ki, İran nəyinsə qurbanına çevrilmiş bir ölkə yox, təcavüzkar bir rejimdir. Dünya birliyi də bu qənaətə gəlib ki, İran rejimi qarşısında mülayim bir mövqe sərgilənməməli, onunla daha sərt davranılmalıdır.

 

Bizim İrandan istədiyimiz odur ki, insanları girov götürməkdən əl çəksin, Avropa ölkələrində və digər yerlərdə terror əməliyyatları həyata keçirməsin. Bizim isə İran hakimiyyətinə qarşı maksimum təzyiqimiz və bu rejim qarşısında irəli sürdüyümüz 12 şərtimiz, Amerikanın indiki hökumətinin İran millətinə dəstəyiniz göstəricisidir.

 

İranın Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco təsisatlaına qarşı hücumuna gəlincə, bu hücumdan əvvəl Avropa ölkələrinin İranla bağlı mövqeyi tam fərqli idi. Lakin bu hücumdan sonra nüvə sazişini imzalamış Böyük Britaniya, Fransa və Almaniya da belə bir qənaətə gəldilər ki, İran rejimi apardığı nüvə proqramı ilə bağlı uzunmüddətli bir çərçivə barədə müzakirə aparılmasını qəbul etməli, danışıqlar masasının arxasına qayıtmalıdır” –deyə, ABŞ-ın dövlət katibi Mayk Pompeo əlavə edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar