SON XƏBƏRLƏR

Pompeo: “Husilər Xamneyinin və Qasım Süleymaninin icazəsi olmadan heç bir işə əl atmırlar”

2021.10.20, 07:36
Pompeo: “Husilər Xamneyinin və Qasım Süleymaninin icazəsi olmadan heç bir işə əl atmırlar”

Gunaz.tv

GünazTV: ABŞ dövlət katibi Mayk Pompeo martın 21-də “Əl-Ərəbiyyə” telekenalına müsahibəsində İranın yaraqlı husilərə dəstəyindən və İranın İraq, Suriya və Yəməndəki nüfuzundan danışıb

 

Pompeo bildirib ki, Yəməndə yaraqlı husilər İran rəhbərlərinin, o cümlədən də “Sepah” komandirlərinin əmrini yerinə yetirir və bölgədə rəsmi Tehranın siyasətini irəli aparırlar: “Husilər, İranın dini lideri Əli Xamneyinin və “Sepah”ın “Qüds” qanadının komandanı Qasım Süleymaninin icazəsi və əmri olmadan heç bir işə əl atmırlar. Onlar İran rəhbərlərinə tabedirlər. Lakin bütün bunlara baxmayaraq, onlar qalib gələ, öz niyyətlərinə çata bilməyəcəklər.

 

Hesab edirik ki, İrana qarşı təzyiqlərin artırması, husiləri İsveç razılaşmasını qəbul etməyə vadar edə bilər. İranın İraqda, Suriyada və Yəməndəki nüfuzunun qarşısının alınması məsələsi haqda isə onu deyə bilərəm ki, biz bu işdə nəinki məğlub olmamışıq, hətta bu nüfuzun qarşısını almaq məqsədilə gördüyümüz tədbirləri tam gücümüzlə davam etdiririk.

 

“Sepah”ın terrorçu qruplaşmalar siyahısına salınması məsələsinə gəlincə isə, deyə bilərəm ki, biz daima terrorçu təşkilat və qruplaşmaların siyahısını araşdırırıq. Bizim atdığımız bütün addımlar isə, İranı indiki rəftarını dəyişməyə vadar edən taktikalardır” –deyə Pompeo əlavə edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar