SON XƏBƏRLƏR

Pompeo: “İran 2012-ci ildən bu yana Bəşər Əsədə, İraq və Yəməndə dəstəklədiyi qruplara yardım üçün 16 milyard dollar sərf edib”

2021.10.20, 07:36
Pompeo: “İran 2012-ci ildən bu yana Bəşər Əsədə, İraq və Yəməndə dəstəklədiyi qruplara yardım üçün 16 milyard dollar sərf edib”

Gunaz.tv

GünAzTV: ABŞ-ın Dövlət Departamentində yaradılmış İran Məsələləri üzrə İşçi Qrupu İranın son 6 ildə regioniun bəzi ölkələrində terrorçu qruplara verdiyi maliyyə dəstəyi barədə hesabat yayıb. Bu barədə, Amerikanın dövlət katibi Mayk Pompeo oktyabrın 9-da özünün şəxsi “Twitter” səhifəsində məlumat yayıb. 

 

Pompeo, məsələ ilə bağlı yayılan hesabata istinad edərək bildirib ki, “Sepah”ın Qüds” qanadı bölgədəki terrorçu qruplara maliyyə yardımı çatdırmaq üçün Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən bəzi şirkətlərdən, eləcə də İraqın “Əl-Bilad əl-İslami” bankından istifadə edib: “İran xalqı ağır iqtisadi durumda yaşadığı bir vaxtda, İranın cinayətkar hakimiyyəti 2012-ci ildən bu yana, Suriya prezidenti Bəşər Əsədə, eləcə də İraq və Yəməndə dəstəklədiyi tərəfdaşlarına yardım üçün 16 milyard dollar sərf edib”.

 

 

Xatırladaq ki, “Blommberg” agentliyi 2015-ci ildə aparılmış bir araşdırmanın nəticələrini açıqlayaraq bildirmişdi ki, İran İslam Respublikası Bəşər Əsədi hakimiyyətdə saxlamaq üçün hər il orta hesabla 6 milyard dollar sərf edir.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar