SON XƏBƏRLƏR

Pompeo: “İran İslam Respublikasına çatdırılan hər hansı bir pul şər işlərə sərf ediləcək”

2021.10.20, 07:36
Pompeo: “İran İslam Respublikasına çatdırılan hər hansı bir pul şər işlərə sərf ediləcək”

Gunaz.tv

GünazTV: ABŞ dövlət katibi Mayk Pompeo fevralın 14-də Varşava konfransının rəsmi açılışından əvvəl jurnalistlərə açıqlamasında Avropa və Amerikanın İranla bağlı mövqeyində olan fərqdən və islam respublikasının region ölkələrinə qarşı təhdidindən danışıb.

 

Pompeo bildirib ki, Avropa və Amerikanın İran məsələsinə yanaşmasında müəyyən fərqlər var: “Konfransın rəsmi açılışından əvvəl keçirilən toplantıda İran mövzusu üzərində fikir mübadiləsi aparıldı və iclasa qatılan ölkələrdən heç biri İran təhdidinin real olduğunu inkar etmədi. Həmçinin bircə ölkə belə İranı dəstəkləmədi.

 

Bu toplantı Orta Şərqdə sülh və sabitliyin bərqərar olunması məqsədilə keçirilir. Elə buna görə də 60 ölkə bir araya gələrək, Yəmən və Suriyada problemlərinə, fələstinlilərin İsraillə qarşıdurmasının təhlükəsizlik baxımdan yaratdığı təhlükələri aradan qaldırmağa, həllinə çalışırlar.

 

Bu gün Orta Şərq ölkələri belə bir qənaətə gəliblər ki, onların vətəndaşları İran İslam Respublikası tərəfindən təhdid edilir. Belə ki, biz “Hizbullah”dan söhbət edəndə, əvvəlcə İrandan danışmalıyıq, və ya Yəməndəki husilərin şər əməllərindən söz düşəndə yenə İrandan danışmalıyıq. Aydın məsələdir ki, bu kimi problemlərə yanaşma tərzində müəyyən fərqlər var. Avropalılar İranla imzalanmış nüvə sazişinə hələ də inanırlar. Lakin bizim bu məsələ barədə qərarımız tam fərqlidir.

 

Biz hesab edirik ki, İran İslam Respublikasına çatdırılan hər hansı bir pul, sonunda “Sepah”ın “Qüds” qanadının komandanı Qasım Süleymaninin əlinə çatacaq və bu pullar ancaq şər işlərə sərf ediləcək. Bundan başqa rəsmi Tehran həmin pullardan istifadə edərək, İran millətinə yeni və gerçək problemlər yaradacaq.

 

Biz, İran millətinin səsini eşitməkdə qərarlıyıq. Amerika İran millətinin səsinin eşidilməsindən əmin olmaq istəyir. Biz, İran hakimiyyətinin rəftarının dəyişilməsini, İranın adi bir ölkə kimi rəftar etməsini istəyirik. Bu rəftarın necə dəyişilməsi mövzusuna gəlincə, hesab edirik ki, bu məsələ sonunda İran millətinin iradəsindən asılıdır. Şübhə yoxdur ki, İran milləti öz istəklərini və öz gücünü ortaya qoyacaq.

 

Zəngin tarixi olan İran xalqı güclü və ağıllıdır. Onlar öz ölkələrində işləri ələ almağa, ölkəni düzgün idarə etməyə qadirdirlər. Bizim isə İran rejiminin rəftarında dəyişiklik dedikdə məqsədimiz, bütün Orta Şərq regionunun təhlükəsizliyini bərqərar etmək və İran xalqı üçün daha yaxşı bir həyat fürsəti yaratmaqdır. Biz, İran millətinin istəyinin ölkə daxilində gündəmə gəlməsi, onların arzuladıqları həyat və yaşam tərzinə yiyələnmələri üçün əlimizdən gələni edəcəyik”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar