SON XƏBƏRLƏR

Pompeo: “İran Levinsonu və həbsdə saxladığı digər Amerika vətəndaşlarını azadlığa buraxmalıdır”

2021.10.20, 07:36
Pompeo: “İran Levinsonu və həbsdə saxladığı digər Amerika vətəndaşlarını azadlığa buraxmalıdır”

Gunaz.tv

GünAzTV: ABŞ dövlət katibi Mayk Pompeo dekabrın 10-da Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Twitter” səhifəsində paylaşdığı bir postda, İranda həbsdə saxlanılan Amerika vətəndaşlarından danışıb.

 

Pompeo öz yazısında İran rejimini bu ölkəyə səfər edən Amerika vətəndaşlarını girov götüməkdə günahlandırıb: “Bu gün, bir anlığa olsa belə, özləri və ailə üzvləri islam respublikasında girov götürülən günahsız amerikalıları yada salır, xatırlayırıq. Hesab edirik ki, İran hakimiyyəti girov götürdüyü Robert (Bob) Levinsonu, eləcə də digər Amerika vətəndaşları Siyamək Nəmazi və Jiao Vanqı dərhal azadlığa buraxmalıdır”.

 

Xatırladaq ki, 2007-ci ilin mart ayında ticarət məqsədilə islam respublikasına səfər edən FTB-nin sabiq məmuru Robert Levinson İranın Kiş adasında yoxa çıxıb. İran hökuməti onun harada olması ilə bağlı heç bir məlumata malik olmadığını iddia etsə də, ABŞ hökuməti buna şübhə ilə yanaşır.

 

2011-ci ildə isə, naməlum bir ünvandan Levinsonun məhbus paltarında çəkilmiş şəkilləri ailəsinə göndərilib. Həmin şəkillərdə Levinson onun azadlığa buraxılmasına yardım göstərilməsini tələb edib.

 

İranda yoxa çıxmış Amerika vətəndaşı Robert (Bob) Levinson

 

Həmçinin bir neçə vaxt əvvəl İrana səfər edən Çin mənşəli Amerika vətəndaşı, araşdırmaçı-alim, ABŞ-ın Prinston Universitetinin müəllimi Jiao Vanq əsasız ittihamlara görə həbs edilərək 10 il azadlıqdan məhrum edilib. Hazırda o İranda həbsdə saxlanılır.

 

2015-ci ilin oktyabr ayında Tehrana səfər edən İran əsilli Amerika vətəndaşı Siyamək Nəmazi ETTELAAT əməkdaşları tərəfindən həbs edilib. O, Tehranın inqilab məhkəməsində “düşmən Amerika hökuməti ilə əməkdaşlıqda” günahlandırılaraq 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun hazırda Tehranın Evin zindanında saxlanıldığı təxmin edilir.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar