SON XƏBƏRLƏR

Pompeo: “İran rəhbərlərinin Avropada baş verən terrorlardan xəbəri var”

2021.10.20, 07:36
Pompeo: “İran rəhbərlərinin Avropada baş verən terrorlardan xəbəri var”

Gunaz.tv

GünazTV: Aprelin 4-də Vaşinqonda keçirilən Şimali Atlantika İttifaqının (NATO) toplantısına qatılan ABŞ-ın dövlət katibi Mayk Pompeo jurnalistlərə açıqlamasında, İranın terrorçu fəaliyyətindən və Avropa ölkələrinə qarşı təhdidindən danışıb.

 

O bildirib ki, İranın bütün rəhbərləri hakim rejimin Avropa ölkələrində öz müxaliflərinə qarşı həyata keçirdiyi terror aktlarından tam xəbərdardır: “Hazırda İranın Avropada öz müxaliflərinə qarşı başlatdığı sui-qəsd və terror kampaniyası davam edir. Maraqlıdır ki, bütün İran rəhbərlərinin bu terrorlardan xəbəri var və İran prezidenti Həsən Ruhani də bu kimi olayların baş verməsinə icazə verir.

 

Mən dəfələrlə İran İslam Respublikasının təhdidlərinin nədən ibarət olduğu haqda danışmış, bunu açıqlamışam. Təhdidlər çoxdur. Lakin biz İran İslam Respublikasından yalnız onu tələb etmişik ki, digər ölkələr kimi onun da normal və adi davranışı olsun. Biz, bir tərəfdən İran təhdidlərinin təsirini heçə endirmək üçün bütün müttəfiqlərimizlə əməkdaşlığımızı davam etdirir, digər tərəfdən isə həmin təhdidlərin qarşısını almaq üçün bir sıra qabaqlayıcı tədbirlər həyata keçiririk. Biz, İrana qarşı ona görə sanksiyalar tətbiq edirik ki, onun artıq bu kimi hərəkətlərə imkanı və maddi qaynaqları olmasın” –deyə Pompeo əlavə edib.

 

Qeyd edək ki, son illər İran İslam Respublikasının xəfiyyə qüvvələri Avropanın bəzi ölkələrində, o cümlədən də Almaniyada yaşayıb fəaliyyət göstərən, İran hakimiyyətinə müxalif olan şəxslərə qarşı bir neçə terror aktı həyata keçirib. Həmçinin son aylar Fransa və Danimarka hökumətləri həmin ölkələrdə bəzi üzdəniraq İran diplomatlarının tanınmış iranlı müxaliflərə qarşı hazırladığı bir neçə terror planını ifşa edərək zərərsizləşdiklərini bildiriblər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar