SON XƏBƏRLƏR

Pompeo: “İran rəhbərlərinin rəftarı dəyişməsə, Amerikanın Tehrana qarşı maksimum təzyiqi davam edəcək”

2021.10.20, 07:36
Pompeo: “İran rəhbərlərinin rəftarı dəyişməsə, Amerikanın Tehrana qarşı maksimum təzyiqi davam edəcək”

Gunaz.tv

GünazTV: ABŞ-ın dövlət katibi Mayk Pompeo mayın 8-də Amerikanın 5+1 qrupu ilə İran arasında imzalanmış nüvə sazişindən çıxmasının 1-ci ildönümü münasibəti ilə bağlı bəyanat yayaraq, İran rəhbərlərinin dağıdıcı rəftarından və Vaşinqtonun Tehrana qarşı təzyiqindən danışıb.

 

Yaydığı bəyanatda İranla yeni və gerçək bir nüvə sazişinə nail olmaq üçün Amerikanın irəli sürdüyü 12 şərtinə toxunan Pompeo deyib ki, İran öz rəftar və davranışını dəyişməsə, Amerikanın islam respblikasına təzyiqi davam etdiriləcək: “Nə qədər ki, İran rəhbərləri öz dağıdıcı rəftarlarından əl çəkməyiblər və nə qədər ki, onlar İran xalqının hüququna riayət etməyiblər və danışıqlar masası arxasına qayıtmayıblar, bizim İran hakimiyyətinə qarşı maksimum təzyiqimiz davam etdəcək.

 

Bir il əvvəl, prezident Tramp Amerikanın nüvə sazişindən çıxmasını elan edərək, Vaşinqtonun İranın sülh və sabitliyə qarşı yönələn rəftarı və onun nüvə silahına yiyələnmək cəhdi qarşısında yeni və kəskin strategiyasını açıqladı. O bildirdi ki, Vaşinqton, Amerikanın İran rejiminin nüvə təhdidlərinin girovuna çevrilməsinə heç vaxt imkan verməyəcək.  Tramp İrana qarşı maksimum təzyiqdən istifadə edərək,verdiyi vədləri yüksək səviyyədə yerinə yetirə bilib. Onun hökuməti İranın neft ixracatını minimuma endirə bilib, İrandan neft alan istisna ölkələrə verdiyi güzəştləri ləğv edib. Həmin müddətdə isə Tramp hökuməti İranın nüvə proqramı ilə əməkdaşlıq edən  1000-dən çox şəxsə və quruma sanksiya qoyub.

 

Dünən isə İran hakimiyyəti elan edib ki, o, nüvə proqramını genişləndirmək istəyr. Bu isə hesab edirik ki, beynəlxalq qanunlara qarşı zidd bir addımdır. Bu, həm də dünyanı nüvə təhdidlərinin girovuna çevirmək üçün göstərilən  bir cəhddir” –deyə Pompeo əlavə edib.

 

Abbas Əraqçi

 

Xatırladaq ki, İran xarici işlər nazirinin müavini Abbas Əraqçi mayın 8-də jurnalistlərə açıqlamasında nüvə razılaşmasının İranın mənafeyini təmin etməməsindən və rəsmi Tehranın həmin sazişdən çıxmaq niyyətində olmasından danışıb.

 

Əraqçi, Avropa ölkələrini İranın bu sazişdə nəzərdə tutulan mənafeyini təmin etməməkdə günahlandırıb: “İran nüvə razılaşmasından çıxmaq üzərində işləyir. Lakin biz bunu mərhələli şəkildə etmək istəyirik. Bizimlə sazişi imzalayan tərəf müqabillərimiz nə zaman üzərlərinə götürdükləri öhdəkilərin icrasına sadiq qalsalar, İran da üzərinə götürdüyü öhdəliklərin icrasına başlayacaq.

 

Biz, nüvə sazişinin (“Bərcam”ın) sütunlarından birini hədəfə almışıq. Əgər iki aya qədər tələblərimiz yerinə yetirilməsə, bu razılaşmadan çıxmaq üçün ikinci addımı atacaq, növbəti addımda isə uranın zənginləşdirilməsinin faiz dərəcəsini artıracağıq. Bir sözlə, əgər 60 günə qədər bizim istəklərimiz təmin edilməsə, biz Ərak nüvə stansiyasının modernləşdirilməsi ilə əlaqədar digər tərəflərlə əməkdaşlığımıza son qoyacaq, öz daxili imkanlarımıza söykənərək, onu modernləşdirəcəyik” –deyə Abbas Əraqçi vurğulayıb.

 

ABŞ prezidenti Donald Tramp

 

Qeyd edək ki, Amerika prezidenti Donald Tramp 2018-ci il, mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla Qərb arasında imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar