Pompeo: “İran rejiminin Nəvid Əfkarini edam etməsi çox rəhmsiz və alçaq bir hərəkətdir”

2020-09-13 18:34

Amerika Dövlət Departamentinin rəhbəri Mayk Pompeo sentyabrın 12-də “Twitter” səhifəsində paylaşdığı bir statusda iranlı güləşçi Nəvid Əfkarinin edamına kəskin etiraz bildirib.

Gunaz.tv Quote | Gunaz article

Pompeo paylaşdığı statusunda gənc idmançı Nəvid Əfkarinin İran rejimi tərəfindən edam edilməsini kəskin qınayıb: “Nəvid Əfkarinin İran rejimi tərəfindən edam edilməsi çox rəhmsiz və alçaq bir hərəkətdir və biz İran hökumətinin bu addımını ən kəskin şəkildə pisləyirik. Bu, hətta İran rejiminin öz cılız meyarlarına görə də insan ləyaqətinə qarşı çirkin bir hücumdur. Biz isə bunu ən sərt şəkildə qınayırıq. İran xalqının səsi susmayacaq. 


Bu gün biz, bu zalım və qəddar rejimin əli ilə öldürülən Nəvid Əfkari ailəsinin və bütün iranlıların yanındayıq. Sözsüz ki, onun (Nəvid Əfkarinin) həyatı və ölümü heç vaxt unudulmayacaq” –deyə, ABŞ-ın dövlət katibi Mayk Pompeo “Twitter” hesabında paylaşdığı yazısında bəyan edib. 


Xatırladaq ki, 2018-ci ildə Şiraz şəhərində rejimə qarşı keçirilən kütləvi aksiyalarda tutulan və etirazlar zamanı yerli təhlükəsizlik orqanının bir əməkdaşının qətlində  günahlandırılaraq 2 dəfə edama məhkum edilən idmançı Nəvid Əfkari sentyabrın 12-si səhər saatlarında Şirazın Adilabad zindanında dara çəkilib. 


Bu barədə onun ailəsinin vəkili Həsən Yunisi dünən günorta saatlarında məlumat yayıb.  


Nəvid Əfkari isə edamından əvvəl dəfələrlə günahsız olduğunu, etirazlar zamanı heç kəsi qətlə yetirmədiyini və həbsxanada dindirilərkən ondan işgəncələr altında yalançı etiraflar alındığını bildirmişdi.


Bildirilir ki, Şiraz məhkəməsi tərəfindən həmçinin Nəvidin qardaşlarından birinə 54, digərinə qarşı isə 27 il həbs və şallaq cəzaları hökmləri çıxarılıb. 


Bundan əvvəl, Nəvidin edam hökmünün ləğv edilməsi üçün Amerika Prezidenti Donald Tramp başda olmaqla, bir çox dünya ölkələri liderləri, sosial şəbəkə istifadəçiləri və xarici ölkələrin idman cəmiyyətləri İran hökumətinə müraciət etmiş, idmançıya çıxarılan ölüm hökmünün icrasının dayandırılmasını istəmişdilər. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Sep.21.2020 : “İran üçün həyəcanlı həftə başladı! Amerika Birləşmiş Ştatlarının bu həftəki addımları Tehran hakimiyyətini qorxuya salıb.”

2020-09-21

gun az article

Bu gün İran və Ermənistanın da iştirakı ilə "Qafqaz-2020" hərbi manverləri başlayır

2020-09-21

gun az article

İranda daha 177 nəfər koronavirusdan vəfat edib

2020-09-21

gun az article

İrandan Ermənistana İsraildə səfirlik açması ilə bağlı "yumşaq" münasibət, Azərbaycana xəbərdarlıq - FOTO

2020-09-21

gun az article

İranın "Xatəmül-Ənbiya Qərargahı" paytaxtın Tehrandan köçürülməsi ilə bağlı Ruhaniyə müraciət edib

2020-09-21

gun az article

Pompeo Avropanın İrana qarşı fəaliyyətsizliyini pisləyib

2020-09-21

gun az article

İranda dolların məzənnəsi yeni rekord həddə yüksəlib: 27 300 tümən

2020-09-20

gun az article

Fars əyalətində daha 12 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 937 nəfərə çatıb

2020-09-20

gun az article

Qum əyalətində daha 204 nəfər xəstəxanalara yerləşdirilib, 10 nəfər koronavirusdan ölüb

2020-09-20

gun az article

Azərbaycanda koronavirus infeksiyasından daha 154 nəfər sağalıb, 146 yoluxma faktı qeydə alınıb

2020-09-20

gun az article

Amerika BMT-nin İrana qarşı bütün sanksiyalarını qaytaran tətik mexanizmini işə salıb

2020-09-20

gun az article

İranda daha 183 nəfər koronavirusdan vəfat edib, 3097 yeni növ “Covid-19”a yoluxma halı aşkarlanıb

2020-09-20

gun az article

GünazTV Sep.19.2020 :"Aprelə qədər Amerika xalqına vaksin çatacaq"

2020-09-19

gun az article

Altı senator Trampdan İranın bütün maliyyə sektoruna sanksiya tətbiq etməsini istəyib

2020-09-19

gun az article

Ermənilər Tovuzun Ağdam kəndini yenidən atəşə tutublar

2020-09-19

gun az article

İranda koronavirusdan vəfat edənlərin sayı 24 min nəfəri keçib

2020-09-19

gun az article

Nəsrin Sütudə həbsxanadan xəstəxanaya köçürülüb

2020-09-19

gun az article

İran- İraq sərhədində Kərbəlaya getmək istəyənlərlə hərbçilər arasında toqquşma olub

2020-09-19

gun az article

Koronavirusa rəğmən, Tehran əyalətində cümə namazı qılınıb

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: “Amerika Birləşmiş Ştatları İranla bağlı siyasətinin yeni mərhələsindədir!”

2020-09-18