Pompeo: “İran xalqının övladlarını qətlə yetirən dələduzların öz övladlarını təhsil almaq üçün Amerikaya göndərməyə haqqı olmamalıdır”

20.12.2019, 14:04

GünazTV: ABŞ-ın dövlət katibi Mayk Pompeo dekabrın 19-da Dövlət Departamentində keçirilən bir iclasda çıxış edərək, İranda insan hüquqlarının acınacaqlı durumundan, son etirazlarda rejim qüvvələri tərəfindən qətlə yetirilənlərdən və Amerikanın İran xalqı ilə dostluğundan danışıb.

 

Pompeo deyib ki, İran xalqı onun təbii və insani hüquqlarını pozan hakim molla rejimindən artıq bezərək boğaza yığılıblar: “Amerika hökuməti xalqın dinc etirazlarına qarşı repressiyalarda rolu olan İranın keçmiş və hazırkı rəsmilərinə viza verilməsini məhdudlaşdıracaq. Daha oğrusu, Amerikanın milliyyət və mühacirət qanununa əsasən, İranda inc etiraçıların qətliamında, həbs olunmasında və baş verən repressiyalarda rolu olan rejimin keçmiş və indiki rəsmilərinin Amerika vizası ala bilməsi məhdudaşdırılacaq.

 

Hesab edirik ki, İran xalqının övladlarını qətlə yetirən dələduzların öz övladlarını təhsil almaq üçün Amerikaya göndərməyə haqqı olmamalıdır. Ötən ay islam respublikasında baş verən etirazlarda İran xalqı onun ilkin təbii və insani hüquqlarını pozan, azadlıqlarını məhdudlaşdıran bu rejimin əlindən yorulduqlarını dilə gətirdilər. İran xalqı dinc etirazlarda həm də bir daha göstərdi ki, onun hüquq və azadlıqlarını məhv edən oğru başçılarının idarə etdiyi bu rejimdən artıq beziblər.

 

Bir daha bildiririk ki, Amerika Birləşmiş Ştatları prezident Trampın da elan etdiyi kimi İran xalqının yanında dayanacaq, onların repressiyalara məruz qalması qarşısında sakit dayanmayacaq. İran xalqı bilməlidir ki, onun bu gün Amerikada və dünyanın digər yerlərində dostları var və onun ədalət səsini dünyaya yayaraq hüquqlarını dəstəkləyəcək. Biz, İran xalqının ədalət uğrunda apardığı mübarizəsini dəstəkləyirik.

 

İrandakı son etirazlarda baş verən qırğınlar və repressiyalara gəlincə, biz Aayətullah”ların gizlətməyə çalışdığı bu cinayətləri ifşa etmişik və bu günə qədər həmin cinayətlərin ifşası üçün İran vətəndaşlarından 36 minə yaxın video, şəkil və sənəd almışıq. Mən üzümü İran rəhbərlərinə tutub deyirəm: -Əgər öz xalqınızın və dünya əhalisinin hörmətini qazanmaq istəyirsinizsə və əgər ölkənizin sabitlik və rifah içində olmasını arzulayırsınızsa, üzərinizə götürdüyünüz öhdəliklərə sadiq qalmalı, insan hüquqlarını pozmaqdan əl çəkməlisiniz” –deyə, ABŞ-ın dövlət katibi Mayk Pompeo əlavə edib.

 

 

 Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 200-ə yaxın şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misli görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 1000-dən çox insan qətlə yetirilib, 37 00 aksiyaçı güllə yarası alıb, Tehranda və digər şəhərlərdə 8 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu, eləcə də 3 axund öldürülüb, birinə isə bədən xəsarəti yetirilib, cəhalət, xurafat və üfunət mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb.

 

Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.

 

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İran Azərbaycana nota verdi

2023-04-01

gun az article

Ordumuzun Aprel qələbəsindən 7 il ötür

2023-04-02

gun az article

Paşinyanın xanımı: “Qırx dörd günlük müharibədə 11 min nəfər fərarilik etdi”

2023-04-02

gun az article

İranda güclü zəlzələ olub

2023-04-02

gun az article

2026-cı ilə qədər Qarabağdakı layihələrə ayrılan investisiyalar 10 milyard dollara çatacaq

2023-04-01

gun az article

ABŞ Donanması İrana görə qərar verdi

2023-04-01

gun az article

Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb

2023-04-01

gun az article

İrandan Azərbaycana 13 kq-dan çox narkotik gətirilməsinin qarşısı alınıb

2023-04-01

gun az article

İranda inflyasiya kəskin artacaq

2023-04-01

gun az article

İranda dollar yenidən bahalaşdı

2023-04-01

gun az article

Azərbaycanlı gənc Harvard Universitetinə qəbul olub

2023-04-01

gun az article

İranda universitet müəllimləri işdən qovuldu

2023-04-01

gun az article

Azərbaycanın nümayəndə heyəti Qazaxıstanda səfərdədir

2023-04-01

gun az article

Ərdəbildə meşələrimiz məhv edilir

2023-04-01

gun az article

Ermənistanda hərbçilər arasında atışma olub, ölən var

2023-04-01

gun az article

Zakir Həsənov müşavirə keçirib, təxribatların qarşısının alınması barədə tapşırıqlar verib

2023-04-01

gun az article

Soyqırımı barədə əsl həqiqətlər Ümummilli Lider Heydər Əliyevin sayəsində ictimaiyyətə çatdırılıb

2023-04-01

gun az article

“Ukraynadakı münaqişə 2027-yə qədər davam edə bilər”- Şolts

2023-04-01

gun az article

Ağ Ev: Rusiya ABŞ diplomatlarının saxlanılan jurnalistlə görüşünə mane olur

2023-04-01

gun az article

BMT nüvə silahından istifadə riski ilə bağlı həyəcan təbili çalır

2023-04-01