Pompeo: “İran xalqının Xamneyinin əli ilə qətliam edilən övladlarına yas saxlamağa haqqı var”

28.12.2019, 12:15

GünazTV: ABŞ-ın dövlət katibi Mayk Pompeo dekabrın 27-də “Twitter” səhifəsində paylaşdığı bir yazıda İranda baş verən son etirazlarda rejim tərəfindən qətlə yetirilən günahsız insanlardan və Xamneyinin əmri ilə öldürülən şəxslərə yas saxlamasına qadağa qoymasından danışıb.

 

Pompeo deyib ki, İran rejimi etirazlarda qətlə yetirilənlərin ailələrinə göstərdiyi təzyiqi dayandırmalı, onların öz övladlarına yas saxlaması hüququna riayət etməlidir: “İran xalqının ölkədə baş verən son dinc etirazlarda Əli Xamneyinin əli ilə qətliam edilən 1500 nəfərə yas saxlamağa haqqı var. Rejim isə öz vətəndaşlarından qorxur və təkrar zorakılığa əl ataraq ölkədə interneti yenidən kəsib” –deyə, ABŞ-ın dövlət katibi Mayk Pompeo “Twitter” səhifəsində paylaşdığı  yazısında əlavə edib.

 

Qeyd edək ki, dekabrın 26-da noyabr etirazlarında qətlə yetirilən və həmin etirazların simvoluna çevrilən Puya Bəxtiyarinin qırx mərasiminə qatılmaq üçün Kərəcin Səkinə qəbirsanlığına gedən insanlardan çoxu təhlükəsizlik qüvvələrinin zorakılığına məruz qalaraq həbs edilib.

 

Puya Bəxtiyari atası ilə birlikdə

 

Polis və təhlükəsizlik qüvvələri insanların qırx mərasimini keçirməsinin qarşısını almaq üçün qəbirsanlığa zirehli və su səpən maşınlar yeridərək kütləvi həbslər həyata keçirib, Puya Bəxtiyarinin nənəsinin onun qəbrini ziyarət etməsinin qarşısı alınıb, qəbiristanlığa gələnlər mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən vəhşicəsinə döyülərək zorakılıqla dağıdılıb. 

 

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 200-ə yaxın şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misli görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 1500-dən çox günahsız insan qətlə yetirilib, 3700 aksiyaçı güllə yarası alıb, yüzlərlə etirazçı itkin düşüb, Tehranda və digər şəhərlərdə 11 minə yaxın etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

 

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu, eləcə də 3 axund öldürülüb, birinə isə bədən xəsarəti yetirilib, cəhalət, xurafat və üfunət mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb.

 

Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.

 

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19

gun az article

"Bir bayrağımız var, o da Azərbaycanda dalğalanan bayraqdır"-Əhməd Obalı

2023-03-18

gun az article

Öldürülən güneyli gəncin ailəsinə təzyiqlər davam edir

2023-03-18

gun az article

Güneyli yazıçı Vəli Rai Şücai vəfat edib

2023-03-18

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-18

gun az article

İranda qaşqaylara qarşı təzyiqlər davam edir-VİDEO

2023-03-18