Pompeo İrana qarşı silah satışı embarqosunun vaxtının uzadılması üçün hüquqi dəlillər hazırlayır

27.04.2020, 13:40

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının rəsmi Tehrana qarşı qəbul etdiyi silah satışı sanksiyasının müddətini uzatmaq və daha da şiddətləndirmək üçün hüquqi sübutlar hazırlayır.

 

"New York Times" qəzetinin məlumatına görə, Pompeonun hazırladığı layihə ötən bir neçə gün ərzində Tramp administrasiyasının rəsmiləri tərəfindən nəzərdən keçirilib.

 

Rəsmi Vaşinqton nüvə razılaşmasını tərk etsə də, sənəddə qanuni olaraq hələ də razılaşma tərəflərindən biri olduğunu qeyd edib.

 

"New York Times" bildirir ki, əgər İrana qarşı silah embarqosunun müddəti uzadılmasa, ABŞ Hərtərəfli Birgə Fəaliyyət Planının (Bərcam-red.) tərəflərindən biri olaraq, rəsmi Tehrana qarşı 2015-ci ildən əvvəlki səviyyədə neft satışı və bank sektorlarında yenidən sanksiyalar tətbiq etmək haqqından yararlanacaq.

 

BMT Təhlükəsizlik Şurasının 2015-ci ildə İranla 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşmasına əlavə olaraq qəbul etdiyi 2231 saylı qətnamə 5 il müddətində dünya ölkələrinə İranla silah ticarətini qadağan edir. Bu sanksiya İranın nüvə proqramının dinc olduğu sübuta yetirildiyi təqdirdə, cari ilin oktyabr ayının 18-də sona çatacaq.

 

Pompeo aprelin 20-də "Twitter" səhifəsində yazdığı statusda da TŞ-nın İranın Yaxın Şərqdə silahlanma yarışını başlatmasına imkan verməyərək, sözügedən qadağaları uzatmağa çağırmışdı.

 

"New York Times" məlumatında həmçinin qeyd edir ki, TŞ-nın embarqonu uzatmasına qarşı Rusiyanın birbaşa, Çinin isə dolayısı ilə qarşı çıxacağı proqnozlaşdırılır. Çünki bir müddət əvvəl ruslar avropalı və amerikalı rəsmilərə İrana silah sataraq, böyük miqdarda maddi mənfəət əldə etmək niyyətinin olduğunu bəyan edib.

 

Ə.A

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşüb

2023-03-31

gun az article

Azərbaycanlılara qarşı soyqırımından 105 il ötür

2023-03-31

gun az article

Xankəndi-Laçın yolunda etirazçılar 110 gündür dünya ictimaiyyətinə çağırışlar edir

2023-03-31

gun az article

İsrailin ən qabaqcıl casus peyki İranın fəaliyyətinə nəzarət etmək üçün orbitə buraxıldı

2023-03-31

gun az article

Azərbaycan MN: "İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir"

2023-03-30

gun az article

Ağ Evin sözçüsü: "ABŞ İranın nüvə proqramı ilə bağlı fəaliyyətindən narahatdır”

2023-03-30

gun az article

İranlı millət vəkili hökumətin iqtisadi siyasətini tənqid etdi

2023-03-30

gun az article

İran casusu bu ölkədə ələ keçdi: "Bakıya sui-qəsd hazırlayırdıq"-VİDEO

2023-03-30

gun az article

Suriyada SEPAH-ın bazalarına zərbələr endirildi

2023-03-30

gun az article

İranın təhdidləri Amerikanın diqqətini yenidən Yaxın Şərqə yönəldib

2023-03-30

gun az article

İsrail Prezidenti Ceyhun Bayramovu qəbul edib

2023-03-30

gun az article

"Daxildə İrana bağlı qüvvələr zərərsizləşdirilməlidir"-Baş redaktor

2023-03-30

gun az article

Azərbaycanda daha bir qrup İran casusu yaxalandı

2023-03-30

gun az article

Çin Müdafiə Nazirliyi ABŞ-a xəbərdarlıq edib

2023-03-30

gun az article

İranın milli valyutası yenidən ucuzlaşdı

2023-03-30

gun az article

Ceyhun Bayramov İsrailin Baş naziri ilə görüşüb

2023-03-30

gun az article

Ordumuz Laçında sərhədboyu sahələri və yüksəklikləri nəzarətə götürdü-Rəsmi

2023-03-30

gun az article

Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

2023-03-30

gun az article

İranda şəriət qaydalarına əməl etməyən onlarla iş yeri bağlanıb

2023-03-30

gun az article

"İran Yunanıstanda qarşısı alınmış terror aktına görə məsuliyyət daşıyır"-İsrail

2023-03-30