SON XƏBƏRLƏR

Pompeo İranda məhkumluq həyatı yaşayan amerikalıların azadlığa buraxılmasını tələb edib

2021.10.20, 07:36
Pompeo İranda məhkumluq həyatı yaşayan amerikalıların azadlığa buraxılmasını tələb edib

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo İranda məhkumluq həyatı yaşayan amerikalıların azadlığa buraxılmasını istəyib.

 

O, iranlı rəsmilərə çağırış edərək, bu ölkədə yayılan koronavirusu nəzərə alıb, amerikalı məhkumları azad etmələrini tələb edib.

 

"Birləşmiş Ştatlar İranı humanizm prinsiplərinə əsaslanaraq, yalnışlıqla tutduğu amerikalıları dərhal azadlığa buraxmağa çağırır. Koronavirusun İran həbsxanalarına yol açmasını nəzərə aldıqda, onların azad edilməməsi insan ləyaqəti və kəramətinə zidd olan addımdır", - deyə Pompeo "Twitter" hesabında yazıb.

 

Dövlət Departamentinin rəhbəri həmçinin qeyd edib ki, İrana humanitar yardım göstərmək niyyəti olan ölkələr rəsmi Tehrandan xarici vətəndaşlar, eləcə də ikili vətəndaşlığı olan şəxsləri buraxmağı tələb etməlidirlər.

 

Xatırladaq ki, martın 9-da İran rəsmiləri koronavirus səbəbindən 70 min məhkuma məzuniyyət icazəsi verdiyini bəyan edib. Lakin onlar arasında nə güney azərbaycanlı milli-mədəni fəallar, nə də siyasi, ictimai və insan haqları fəalları, eləcə də xarici vətəndaşlar yoxdur.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar