SON XƏBƏRLƏR

Pompeo: “İrandan tutmuş Şimali Koreyaya qədər bütün cəhbələrdə koalisiya qurmaqla məşğuluq”

2021.10.20, 07:36
Pompeo: “İrandan tutmuş Şimali Koreyaya qədər bütün cəhbələrdə koalisiya qurmaqla məşğuluq”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo martın 18-də “qlobal sahibkarlar forumu”nda çıxışı zamanı Tramp administrasiyasının Amerikanın liderliyini yenidən bərpa etməyə çalışdığını deyib.

 

Pompeonun sözlərinə görə, Tramp administrasiyası İrandan tutmuş Şimali Koreyaya, Natodan tutmuş Sakit okean hövzəsi və Hindistana qədər koalisiya yaratmaq və bizimlə eyni məqsədləri olan müttəfiqlərimizi gücləndirməklə məşğuldur.

 

O qeyd edib ki, bizim iqtisadi diplomatiyamız yalnız Amerikanın mənafeyi ilə də eyniyyət təşkil edən Amerika dəyərləri üzərində qurulmayıb. Dövlət Departamentinin əsas vəzifəsi Amerika xalqı və onların iqtisadi mənafeyinə xidmət etməkdir: “Azad iqtisadiyyat uğurlu bazar nümunəsidir, tarix sosializmin hər bir növünün uğursuzluğa düçar olduğunun şahidi olub”- deyə Pompeo əlavə edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar