GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
Ərdoğan Zelenski ilə danışdı
Təbrizlə bağlı çarx fars şovinistlərini qəzəbləndirdi
Qəzvində un və çörək qıtlığı yaranıb
Məşhəddə daha bir molla bıçaqlandı
BMT Ukraynaya yardım etməyə çağırıb
Qərbi Azərbaycanda minlərlə sinif otağı qəzalı vəziyyətdədir
Ukrayna ordusu Baxmut istiqamətində hücuma keçib
Sanksiyalardan yayınan İran 2 təyyarə alıb
Bəluç fəallara ağır həbs cəza verildi
Ceyhun Bayramov Slovakiya Milli Şurasının rəhbəri ilə görüşüb
GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo ötən həftə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik- MAGATE-nin qadın müfəttişinin İranda qısa müddətlik həbs edilməsini qorxu yaratmaq üçün atılan və heç bir əsaslandırması olmayan addım kimi dəyərləndirib.
O, həmçinin rəsmi Tehranın MAGATE ilə tam əməkdaşlıq etməməsindən narahatlıq keçirdiklərini bəyan edib. Departamentin rəhbəri ölkəsinin agentliyin İranın nüvə fəaliyyəti üzərində həyata keçirdiyi nəzarətləri dəstəklədiyini qeyd edib.
Pompeo İrandan MAGATE-nin müfəttişlərinə öz missiyalarını maneəsiz həyata keçirmək üçün lazım olan şəraiti yaratmağı, eləcə də onların toxunulmazlıq hüququna hörmət göstərməyi tələb edib.
O, bir neçə gün öncə MAGATE-nin Qubernatorlar Şurasında müzakirə edilən məsələlərə də toxunub. Pompeo bildirib ki, agentlik İranda güclü nüvə maddəsi tapıb və həmin maddə barədə rəsmi Tehranın quruma məlumat vermədiyi ehtimal edilir.
“Hazırda məsələ ilə bağlı araşdırmalar gedir. Agentliyin dedikləri həqiqət olsa, bu, Dövlət Departamentinin sabiq rəhbəri və nüvə razılaşmasını imzalayanlardan biri olan Con Kerrinin anlaşmanın imtiyazları ilə bağlı dediklərinin yalan və saxta olduğunu bir daha sübut edəcək”, - deyə Pompeo fikrini tamamlayıb.
Xatırladaq ki, ötən həftə MAGATE-nin müfəttişlərindən birinin İran təhlükəsizlik qüvvələri tərəfindən müvəqqəti olaraq saxlanması səbəbindən bir neçə gün öncə qurumun Qubernatorlar Şurasının toplantısı keçirilmişdi. Həmin görüş zamanı əsas müzakirə mövzularından biri də Turquzabadda tapılan uran izləri idi.
Ə.A
BMT Ukraynaya yardım etməyə çağırıb
Sanksiyalardan yayınan İran 2 təyyarə alıb
"Traxtur" Çempionlar Liqasında oynayacaq
“Agentliklə tam əməkdaşlıq etməlidir”- Direktorlar Şurasından İrana tələb
"Onlara ağır zərbə endirəcəyik"-Müdafiə nazirindən İrana xəbərdarlıq
İsveç PKK tərəfdarını Türkiyəyə verəcək-Məhkəmə qərar çıxardı
Almaniya Müdafiə Nazirliyi Ukraynaya 20 BMP göndərəcək
İranda gənclər dini təhsil almaqdan imtina edir
"İrana qarşı nüvə sanksiyaları tətbiq olunmalıdır"-İsrail rəsmisi
Ərdəbildə narkotik maddələrin dövriyyəsi artıb
İranın rəsmi televiziyasında anti-Ərdoğan təbliğatı: "Azərbaycanın mövqeyi güclənəcək"-VİDEO
Güneydə Urartu dövrünə aid Yaldur qalası məhv edilir-VİDEO
“Sözümüz”də müzakirə: “Dil dərsi, sel dərdi”-VİDEO
“Hüseyniyyun” Təbrizdəki konsulluğumuzun qarşısında aksiya keçirəcək
“Azərbaycan sərhəddə yeni əməliyyatlara başlaya bilər”-Politoloq
Təbii fəlakətdən sonra Germi və Biləsuvarda çörək qıtlığı yaranıb
"Urmu gölünə ayrılmış vəsait mənimsənildi"-Tanınmış sənətçi hökuməti ifşa etdi-VİDEO
İran rejimi bəluçlara qarşı amansız repressiyalara hazırlaşır
“Körpü” verilişində müzakirə: “İranın Azərbaycanla bitməyən savaşı”- VİDEO
Berdiməhəmmədov Əli Xameneyi ilə görüşüb