SON XƏBƏRLƏR

Pompeo: “İranın raket proqramının inkişafının qarşısını almaq üçün digər ölkələr Amerikaya qoşulmalıdırlar”

2021.10.20, 07:36
Pompeo: “İranın raket proqramının inkişafının qarşısını almaq üçün digər ölkələr Amerikaya qoşulmalıdırlar”

Gunaz.tv

GünazTV: ABŞ-ın dövlət katibi Mayk Pompeo sentyabrın 3-də “Twitter” səhifəsində paylaşdığı bir yazıda İranın raket proqramının inkişafının qarşısını almaq üçün dünya ölkələrini Vaşinqtonla birgə əməkdaşlıq etməyə çağırıq.

 

Pompeonun sosial şəbəkədə yaydığı açıqlaması, ABŞ Maliyyə Nazirliyinin İranın kosmik mərkəzlərinə sanksiya qoymasından az sonraya təsadüf edib.

 

İranı dünyada terrorizmin ən böyük himayədarı adlandıran Pompeo bildirib ki, Amerika Birləşmiş Ştatları ilk dəfə olaraq, İranın kosmik mərkəzlərinə qarşı sanksiya tətbiq edib: “Bİz müttəfiqlərimizdən və digər ölkələrdən istəyirik ki, dünyada terrorizmin ən böyük himayədarı olan İran İslam Respublikasının ballistik raket proqramının inkişafının qarşısını almaq üçün bizə qoşulsunlar” –deyə ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo əlavə edib.

 

Xatırladaq ki, ABŞ-ın Maliyyə Nazirliyi sentyabrın 3-də bəyanat yayaraq, İranın Kosmik Təşkilatına, Kosmik Araşdırmalar İnstitituna və İranın Hava-Kosmik Araşdırmalar Mərkəzinə sanksiya qoyduğunu bildirib: “İran, kosmik təşkilatlarından özünün ballistik raket proqramını inkişaf etdirmək üçün istifadə edib. Bu isə BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozur” –deyə bəyanatda bildirilir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar