SON XƏBƏRLƏR

Pompeo: "Milyardlarla dollar sərvəti olan Xamneyinin koronavirusla mübarizə üçün əlavə pula ehtiyacı yoxdur"

2021.10.20, 07:36
Pompeo: "Milyardlarla dollar sərvəti olan Xamneyinin koronavirusla mübarizə üçün əlavə pula ehtiyacı yoxdur"

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo bildirib ki, İranın "dini lider"i Əli Xamneyi ölkənin milyardlarla dollar pulunu ələ keçirib, öz nəzarətində saxlayır.

 

Onun sözlərinə görə, rəsmi Vaşinqton Beynəlxalq Valyuta Fondunun Tehrana 5 milyard dollarlıq kredit ayırmasına qarşı çıxıb. Amerika bunun əvəzində İran xalqına lazım olan zəruri humanitar yardımlarla kömək etmək təklifini irəli sürüb.

 

Pompeo İran rejiminin və Xamneyinin koronavirusla mübarizə aparmaq üçün kifayət qədər maliyyə mənbəyinin olduğunu, əlavə pula ehtiyacı olmadığını deyib.

 

Xatırladaq ki, mart ayında İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif koronavirusla mübarizə aparmaq üçün Beynəlxalq Valyuta Fondundan rəsmi qaydada kredit istədikləyini bəyan etmişdi. 

 

Amma ABŞ İranın bu müraciətinə müsbət yanaşmır və Fondu rəsmi Tehrana kredit ayırmaqdan çəkinməyə çağırır. Bir müddət əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus bildirmişdi ki, tarixdə olan təcrübələr Tehran rejiminin xaricdən aldığı pulları öz xalqına sərf etmədiyini, yarısını rejim rəsmilərinin öz ciblərinə qoyduğunu, qalan hissəsini də xaricdə maliyyələşdirdiyi terror qruplaşmalarına verdiyini göstərir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar