SON XƏBƏRLƏR

Pompeo Netanyahu ilə görüşdə İranın regionda apardığı dağıdıcı fəaliyyətini müzakirə edib

2021.10.20, 07:36
Pompeo Netanyahu ilə görüşdə İranın regionda apardığı dağıdıcı fəaliyyətini müzakirə edib

Gunaz.tv

GünazTV: Yerusalimə səfər edən ABŞ-ın dövlət katibi Mayk Pompeo oktyabrın 18-də İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşərək, İranın regionda apardığı dağıdıcı fəaliyyətini müzakirə edib.

 

Görüşdən sonra jurnalistlərə açıqlama verən Pompeo deyib ki, o Netanyahu ilə apardığı danışıqlarda İranın regional təhdidinə toxunaraq, Tehranın bölgədə apardığı dağıdıcı fəaliyyətinin qarşısını almaq üçün iki ölkənin birgə səy göstərməsinə təkid edib: “Biz, İsrailin baş naziri ilə görüşdə bir sıra regional məsələləri müzakirə edərək, bir-birimizin yardımı ilə Orta Şərqdə sabitliyi necə təmin edə bilməyimiz barədə danışıqlar apardıq. Biz, həmçinin dünyanın Orta Şərqdə üzləşdiyi problemi birgə səyimizlə aradan qaldırmaq barədə fikir mübadiləsi apardıq. Hesab edirəm ki, İranın təkcə İsrail əleyhinə yox, həm də regiona və dünyaya qarşı yönələn təhdidlərinin qarşısının alınması üçün bütün tədbirlər görülməli, variantlar işə salınmalıdır” –deyə, ABŞ-ın dövlət katibi Mayk Pompeo bəyan edib.

 

Pompeo həmçinin “Twitter” səhifəsində paylaşdığı iki statusda, İranın bölgədə yürütdüyü şər xarakterli fəaliyyətinə və Qərblə Tehran arasında əldə edilmiş “nöqsanlı və səmərəsiz nüvə razılaşması” məsələsinə toxunub: “Əldə edilmiş bu nöqsanlı nüvə razılaşmasına əsasən, İrana silah satışına qoyulan sanksiyalar qarşıdan gələn bir il ərzində aradan qaldırılacaq. Beləliklə də Rusiya və Çin İran İslam Respublikasına daha inkişaf etdirilmiş silahlar sata biləcəklər. İran rejimi isə öz növbəsində istədiyi hər kəsə sərbəst şəkildə silah-sursat sata biləcək.

 

Siz əgər İranın bugünkü rəftarından nigaransınız, təsəvvür edin ki, o bir il sonra əldə edə biləcəyi inkişaf etdirilmiş yeni qırıcılar, tanklar, PUA-lar və raketlərlə nələr etməyə qadir olacaq. Məhz bunları nəzərə alaraq, hesab edirəm ki, BMT Təhlükəsizlik Şurası İrana silah-sursat satışına qarşı qoyduğu sanksiya və qadağanın vaxtını yenidən uzatmalıdır” –deyə, Pompeo əlavə edib.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar