SON XƏBƏRLƏR

Pompeo: “Səlami ilə Zərif və ya Ruhani arasında heç bir fərq yoxdur”

2021.10.20, 07:36
Pompeo: “Səlami ilə Zərif və ya Ruhani arasında heç bir fərq yoxdur”

Gunaz.tv

GünazTV: ABŞ dövlət katibi Mayk Pompeo aprelin 22-də jurnalistlərə açıqlamasında dünyada ən böyük terror təşkilatlarından biri kimi tanınan “Sepah”a daha radikal yeni bir baş komandan təyin edilməsinə münasibət bildirərək, Vaşonqtonun İrana qarşı iqtisadi təzyiqi gücləndirəcəyindən danışıb.

 

Amerikanın İranın neft satışına qarşı tətbiq etdiyi sanksiyalarda istisna ölkələrə tanıdığı möhlətin başa çatmaq üzrə olduğunu bildirən Pompeo, jurnalistlərdən birinin ona “Sepah”a daha radikal bir şəxsin baş komandan təyin edilməsi ilə bağlı verdiyi sualı cavablandırıb: “Bizim üçün Hüseyn Səlami ilə Məhəmmədcavad Zərif və ya Həsən Ruhani arasında heç bir fərq yoxdur. Məsələ ondadır ki, hər bir İran rəsmisi, o cümlədən də prezident Ruhani və ya xarici işlər naziri Məhəmmədcavad Zərif bu rejimin fundamentalist əqidə və ideyasını qəbul edib, ona boyun əyir.

 

Əgər siz Qasım Süleymaninin İraqda etdiklərinə dəstək verirsinizsə və ya “Sepah”ın “Qüds” qanadının, yaxud “Hizbullah” və “Həmas”ın fəaliyyətlərini himayə edirsinizsə, sözsüz ki, bunların hamısı Amerikanın hədəflərinə zidd addımlardır. Bu isə qəbuledilməzdir” –deyə Pompeo əlavə edib.

 

Xatırladaq ki, İranın dini lideri Əli Xamneyi aprelin 21-də “Sepah”ın baş komandanı Məhəmmədəli Cəfərini tutduğu vəzifədən azad edərək, Hüseyn Səlamini “Sepah”ın  yeni baş komandanı təyin edib. Xamneyinin yeni təyinatları, Amerikanın “Sepah”ı terrorçu qruplaşmalar siyahısına daxil etməsindən iki həftə sonraya təsadüf edib.

 

"Sepah"ın yeni baş komandanı Hüseyn Səlami

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar