SON XƏBƏRLƏR

Pompeo: “Səudiyyə Ərəbistanı İran rejimi qarşısında bizim mühüm tərəfdaşımızdır”

2021.10.20, 07:36
Pompeo: “Səudiyyə Ərəbistanı İran rejimi qarşısında bizim mühüm tərəfdaşımızdır”

Gunaz.tv

GünAzTV: ABŞ dövlət katibi Mayk Pompeo noyabrın 21-də türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra jurnalistlərə açıqlamasında Vaşinqtonun Səudiyyə Ərəbistanı ilə münasibətlərdən və İran məsələsindən danışıb.

 

Pompeo bildirib ki, Vaşinqton Səudiyyə Ərəbistanı ilə tarixi münasibətlərinə xələl gətirilməsinə imkan verməyəcək: “Səudiyyə Ərəbistanı milli təhlükəsizlik sahəsində və İran rejimi qarşısında bizim mühüm tərəfdaşımızdır.

 

ABŞ prezidentinin də bildirdiyinə görə, biz regionda mühüm tərəfdaşımız olan Səudiyyə Ərəbistanı ilə münasibətlərimizi qoruyub saxlayacağıq. Bu, Amerikanın milli təhlükəsizliyi üçün uzunmüddətli, tarixi və həyati bir məsələ və öhdəlikdir”.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar