ABŞ-ın dövlət katibi Mayk Pompeo dekabrın 1-də bəhreynli həmkarı Əbdüllətif ibn Rəşid Zeyyani ilə keçirdiyi video-konfransda ölkəsinin Bəhreynlə münasibətlərindən və İranın regionun təhlükəsizliyinə qarşı təxribat xarakterli fəaliyyətlərindən danışıb.
Gunaz.tv
Vaşinqtonla Mənamənin təhlükəsizlik sahəsində birgə əməkdaşlığını yüksək qiymətləndirdiyini bildirən Pompeo deyib ki, Bəhreyn Amerikanın hərbi qüvvələrinə ev sahibliyi edir: “Bu isə Amerika Birləşmiş Ştatlarına imkan verir ki, terrorizmə qarşı mübarizəsini davam etdirməklə körfəzdə əmtəə daşıyan beynəlxalq gəmiləri İranın dəniz qüvvələrinin hücumlarından qorusun.
Tehran rejimi bölgənin və onun dinc əhalisinin təhlükəsizliyinə qarşı bir nömrəli ən böyük təhdiddir. Biz Bəhreynin və onun xalqının Amerikanın İrana qarşı maksimum təzyiq kampaniyasına dəstəyini yüksək qiymətləndiririk.
Bizim apardığımız bu kampaniya isə bu günə qədər uğurlu alınaraq İranın on milyardlarla dollar nağd pul əldə etməsinin, onun terrorizmi maliyyələşdirməsinin və regiona dağıdıcı və ziyanlı nüfuzunun qarşısını alıb” –deyə, ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo bəhreynli həmkarı ilə keçirdiyi birgə video-konfransda bəyan edib.
A.M