SON XƏBƏRLƏR

Pompeo Venesuela ordusuna çağırış etdi

2021.10.20, 07:36
Pompeo Venesuela ordusuna çağırış etdi

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibi Mayk Pompeo Venesuela diktatoru Nikolas Maduronun apardığı “repressiya” siyasəti şəraitində ölkənin hərbçilərini vətəndaşların təhlükəsizliyini təmin etməyə çağırıb.

 

Oxu.Az xəbər verir ki, Pompeo bu barədə “Twitter” səhifəsində yazı paylaşıb.

 

Öz “tweet”ində Pompeo Maduro rejiminin repressiyalarının davam etdiyini vurğulayıb.

 

“Venesuelalılar demokratiyanın bərqərar olmasını tələb edirlər. Biz Venesuela silahlı qüvvələrini ölkədə yaşayan bütün venesuelalıları, ABŞ və digər ölkələrin vətəndaşlarını qorumağa çağırırıq”, - deyə Pompeo qeyd edib.

 

O, ABŞ hökumətinin Venesuela sakinlərinin tərəfində olduğunu bildirib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar