Pompeo: “Xamneyi üçün Holokostu inkar etmək adi bir məsələdir”

19.12.2019, 13:18

GünazTV: ABŞ-ın dövlət katibi Mayk Pompeo dekabrın 18-də “Twitter” səhifəsində yaydığı bir yazıda İranın “dini” lideri axund Əli Xamneyinin məşhur fransız yazar və filosofu Roger Garaudinin vaxtilə Holokostu şübhə altına aldığı üçün mühakimə olunmasını xatırladan bir tvitinə reaksiya verib.

 

Pompeo paylaşdığı yazıda bildirib ki, Holokostu inkar etmək Əli Xamneyi üçün adi bir məsələdir: “Zərrəcə insafı, qanacağı və mərifəti olan hər bir insan üçün 6 milyon yəhudinin və 11 milyon günahsız insanın qətliamı ilə nəticələnən Xolokostu inkar etmək fikri və təsəvvürü belə əzabvericidir. Lakin bu Xamneyi üçün adi bir məsələdir” –deyə, ABŞ-ın dövlət katibi Mayk Pompeo “Twitter”də yaydığı yazısında bəyan edib.

 

Dekabrın 16-da Əli Xamneyinin “Twitter” səhifəsində bunlar  yazılmışdı: “Vaxtilə fransız filosofu Roger Garaudy öz kitabında Holokost qurbanlarının sayını şübhə altına almışdı. Nəticədə Fransa hökuməti nəinki onun bu kitabının yayılmasına qadağa qoydu, hətta Garaudinin özünü də mühakimə etdilər. Bax, söz və ifadə azadlığını müdafiə etmək iddiasında olanlar bunlardır” –deyə, Əli Xamneyinin tvitində bildirilib.

 

Məşhur fransız yazar və filosof Roger Garaudy (1913-2012

 

Xatırladaq ki, Fransanın məşhur yazar və filosofu Roger Garaudy (1913-2012) kitablarından birində Holokost cərəyanında 6 milyon yəhudinin qətliam edilməsini “nağıl” adlandırıb. Bu isə Fransanın Xolokostu inkarla bağlı qanununu pozmaq demək idi. Nəticədə yazar mühakimə olundu. Belə ki, Fransa məhkəməsi yazarın kitabına qadağa qoyaraq, onu 240 min frank cərimə ödəməyə və bir neçə il şərti həbsə məhkum etdi.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19

gun az article

"Bir bayrağımız var, o da Azərbaycanda dalğalanan bayraqdır"-Əhməd Obalı

2023-03-18

gun az article

Öldürülən güneyli gəncin ailəsinə təzyiqlər davam edir

2023-03-18

gun az article

Güneyli yazıçı Vəli Rai Şücai vəfat edib

2023-03-18

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-18

gun az article

İranda qaşqaylara qarşı təzyiqlər davam edir-VİDEO

2023-03-18