Pompeo: "Xamneyinin Vuhan virusu ilə bağlı saxtakarlığı İran xalqının həyatını daha da təhlükəyə atır"

24.03.2020, 01:33

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo İranın "dini lider"i Əli Xamneyinin son səsləndirdiyi fikirlərə münasibət bildirib.

 

Pompeo Xamneyinin koronavirusun Amerika tərəfindən yayılması ilə bağlı dediklərini yalan və saxta adlandıraraq, bu cür məsuliyyətsiz və heç bir fakta əsaslanmayan bəyanatların həm İran, həm də digər xalqların həyatını daha da təhlükəyə atdığını deyib.

 

"Xamneyinin Vuhan virusu ilə bağlı yalançılığı və saxtakarlığı çox təhlükəlidir və bu, istər İran xalqını, istərsə də dünyanı daha çox təhlükəyə atır", - deyə Dövlət Departamentinin rəhbəri əlavə edib.

 

Pompeo Xamneyiyə xitabən yalan danışmaqla xalqı aldatmağa çalışmaq əvəzinə, həqiqətləri deməyin lazım olduğunu bildirib. O, bu istiqamətdə koronavirusun İrana ayaq açmasının bəzi səbəblərini açıqlayıb.

 

Pompeo İranda koronavirusun yayılmasına əsas səbəb kimi "Mahan Air" aviaşirkətini göstərib. "Sepah" terror təşkilatına bağlı olan bu şirkət Çində virusun kəskin yayılmasından sonra da dövlətin qadağasına rəğmən, fevral ayı ərzində bu ölkəyə azı 55 gediş gəliş uçuşu həyata keçirib.

 

Dövlət Departamentinin rəhbəri həmçinin İran rejiminin koronavirusdan ölən ilk xəstə ilə bağlı məlumatı 9 gün gecikdirərək ictimaiyyətə açıqladığını, öz səhiyyə rəsmilərinin tövsiyələrinə əməl etmədiyini, xəstəliyə yoluxan və ya ondan ölənlərin real sayını gizlətdiyini deyib. O, eləcə də İran rejiminin rəsmilərinin koronavirusla mübarizə üçün ayrılmış 1 milyard avronu oğurladığını, xalqın ehtiyat duyduğu tibbi maskalar, əlcəklər və digər bu kimi tibbi ləvazimatları da ələ keçirərək, qara bazarlarda satışını təşkil etdiyini qeyd edib.

 

Ölkəsinin rəsmi Tehrana koronavirusla mübarizə üçün təklif etdiyi köməyin Xamneyi tərəfindən qəbul edilməməsinə də toxunan Pompeo bildirib ki, Əli Xamneyinin davamlı olaraq beynini məşğul edən yanlış "məkrli plan nəzəriyyəsi"dir.

 

Dövlət Departamentinin rəhbəri sanksiyaların İrana tibbi ləvazimat satılmasına heç bir əngəl törətmədiyini, habelə ölkəsinin İran da daxil olmaqla, xarici ölkələrə 100 milyon dollardan çox dəyəri olan tibbi ləvazimatlar köməyi təklif etdiyini deyib. O, rəsmi Tehranın hazırda dünyadan kömək istəməsi məsələsinə də toxunaraq, rejimin öz əvvəlki xislətindən əl çəkmədiyini, nüvə razılaşmasından sonra əldə etdiyi böyük maliyyə mənbələrini də regionda və dünyada terrorizmə sərf etdiyini, heç vaxt İran xalqının bu günə və ya sabahı üçün xərcləmədiyini deyib.

 

Xatırladaq ki, 2 gün əvvəl Əli Xamneyi televiziyada etdiyi canlı çıxış zamanı, eləcə də "Twitter"də yazdığı statusda ABŞ-ın koronavirusla mübarizə üçün İrana göstərmək istədiyi humanitar yardımlardan imtina edərək, "əgər nəyinizsə varsa və əliniz açıqdırsa, onları özünüzə sərf edin" demişdi. "Dini lider" daha sonra ABŞ-ı koronavirus yaymaqda ittiham etmiş, lakin heç bir dəlil olmadığına görə, özünün də bu ittihamın nə qədər doğru olub-olmadığını bilmədiyini demişdi.


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İran Azərbaycana nota verdi

2023-04-01

gun az article

Ordumuzun Aprel qələbəsindən 7 il ötür

2023-04-02

gun az article

Paşinyanın xanımı: “Qırx dörd günlük müharibədə 11 min nəfər fərarilik etdi”

2023-04-02

gun az article

İranda güclü zəlzələ olub

2023-04-02

gun az article

2026-cı ilə qədər Qarabağdakı layihələrə ayrılan investisiyalar 10 milyard dollara çatacaq

2023-04-01

gun az article

ABŞ Donanması İrana görə qərar verdi

2023-04-01

gun az article

Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb

2023-04-01

gun az article

İrandan Azərbaycana 13 kq-dan çox narkotik gətirilməsinin qarşısı alınıb

2023-04-01

gun az article

İranda inflyasiya kəskin artacaq

2023-04-01

gun az article

İranda dollar yenidən bahalaşdı

2023-04-01

gun az article

Azərbaycanlı gənc Harvard Universitetinə qəbul olub

2023-04-01

gun az article

İranda universitet müəllimləri işdən qovuldu

2023-04-01

gun az article

Azərbaycanın nümayəndə heyəti Qazaxıstanda səfərdədir

2023-04-01

gun az article

Ərdəbildə meşələrimiz məhv edilir

2023-04-01

gun az article

Ermənistanda hərbçilər arasında atışma olub, ölən var

2023-04-01

gun az article

Zakir Həsənov müşavirə keçirib, təxribatların qarşısının alınması barədə tapşırıqlar verib

2023-04-01

gun az article

Soyqırımı barədə əsl həqiqətlər Ümummilli Lider Heydər Əliyevin sayəsində ictimaiyyətə çatdırılıb

2023-04-01

gun az article

“Ukraynadakı münaqişə 2027-yə qədər davam edə bilər”- Şolts

2023-04-01

gun az article

Ağ Ev: Rusiya ABŞ diplomatlarının saxlanılan jurnalistlə görüşünə mane olur

2023-04-01

gun az article

BMT nüvə silahından istifadə riski ilə bağlı həyəcan təbili çalır

2023-04-01