SON XƏBƏRLƏR

Pompeo: “Zərif Xamneyi mafiyası ilə əlbirdir”

2021.10.20, 07:36
Pompeo: “Zərif Xamneyi mafiyası ilə əlbirdir”

Gunaz.tv

GünazTV: Amerikanın dövlət katibi Mayk Pompeo avqustun 1-də “Twitter” səhifəsində yazdığı kiçik bir statusda, ölkəsinin İranın xarici işlər naziri Məhəmmədcavad Zərifə sanksiya qoymasına münasibət bildirib.

 

Pompeo deyib ki, Məhəmmədcavad Zərif İranın dini lideri Əli Xamneyi mafiyasının üzvlərindən biridir: “Son vaxtlar Amerika prezidenti Donald Tramp İran millətinin pulu ilə özünü zənginləşdirən islam respublikasının rəhbəri Əli Xamneyiyə sanksiya qoydu. Bu gün isə Amerika Birləşmiş Ştatları Xamneyinin əsas müdafiəçilərindən olan Məhəmmədcavad Zərifə sanksiya tətbiq etdi. Zərif, Xamneyi mafiyasının digər üzvləri kimi İran rejiminin qanunsuz rəftar və əməllərində şərikdir və onunla əlbirdir” –deyə Amerika Dövlət Departamentinin rəhbəri Mayk Pompeo əlavə edib.

 

Xatırladaq ki, Amerika Maliyyə Nazirliyi iyulun 31-də bəyanat yayaraq, İranın xarici işlər naziri Məhəmmədcavad Zərifə sanksiya qoyduğunu bildirib. Zərifə sanksiya, prezident Donald Trampın 24 iyunda imzaladığı 13876 saylı fərmanına əsasən tətbiq edilib. Həmin fərmana əsasən İranın dini lideri Əli Xamneyiyə, onun işçilərinə və yaxın ətrafına, eləcə də “Sepah” terror təşkilatının 8 komandanına sanksiya qoyulub, onlara axan maliyyə vəsaitlərinin qarşısı alınıb.

 

Amerikanın Maliyyə Nazirliyi

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar