SON XƏBƏRLƏR

Pompeo Zərifin istefasına reaksiya verib: “Zərif və Ruhani korrupsioner dini bir mafiyanın sadəcə olaraq vitrinləridir”

2021.10.20, 07:36
Pompeo Zərifin istefasına reaksiya verib: “Zərif və Ruhani korrupsioner dini bir mafiyanın sadəcə olaraq vitrinləridir”

Gunaz.tv

GünazTV: ABŞ dövlət katibi Mayk Pompeo fevralın 25-də “Twitter” səhifəsində yazdığı bir statusda İranın xarici işlər naziri Məhəmmədcavad Zərifin tutduğu vəzifədən istefa verməsinə reaksiya verib.

 

Pompeonun məsələyə münasibət bildirməsi, Zərifin istefasından az sonraya təsadüf edib.

 

Rəsmi Vaşinqtonun İranda cərəyan edən siyasi prosesləri diqqətlə izlədiyini bildirən Pompeo deyib ki, onlar Zərifin istefasından sonra İranda siyasi proseslərin son nəticələrini gözləyirlər: “Zərif və Həsən Ruhani korrupsioner dini bir mafiyanın sadəcə olaraq vitrinləridir. Biz bilirik ki, İranda bütün son qərarları Xamneyi verir. Bizim İranla bağlı siyasətimiz dəyişməyib. Hesab edirik ki, İran İslam Respublikası hakimiyyəti adi bir ölkə kimi rəftar etməli, öz xalqına hörmətlə yanaşmalıdır”.

 

Zərif fevralın 25-i axşam saatlarında özünün şəxsi “İnstagram” səhifəsində yazdığı bir statusda, tutduğu vəzifəsindən istefa verdiyini bildirib. O, həmçinin vəzifədə olduğu 67 ay ərzində ona dəstək verən ölkə əhalisinə və hakim dairələrə təşəkkürünü bildirərək, artıq öz vəzifəsini icra edə bilməyəcəyini açıqlayıb: “Tutduğum vəzifədə xidmətimi davam etdirmək üçün gücsüzlüyümə və bu postda xidmət etdiyim müddətdə mövcud çatışmazlıq və qüsurlara görə səmimi-qəlbdən üzr istəyirəm”- deyə Zərif əlavə edib.

 

İran hakimiyyətinin mediası Zərifin tutduğu vəzifədən istefa verdiyinin doğruluğunu təsdiqləsə də, onun istefasının səbəblərini, eləcə də prezident Həsən Ruhaninin Zərifin istefa ərizəsini qəbul edib-etməməsi barədə hər hansı bir məlumat yaymayıblar.

 

Həmçinin, İran xarici işlər nazirinin istefa xəbərinin yayılmasından az sonra, İranın “Entekhab.ir” saytının müxbiri Zərifə göndərdiyi bir telefon mesajında ondan istefa verməsinin səbəbini soruşub. Zərifin cavabı isə çox qısa olub: “Bu gün keçirilən görüşlərin (Xamneyi və Bəşər Əsəd görüşləri nəzərdə tutulur- red.) şəkillərinin yayılmasından sonra, Cavad Zərifin xarici işlər naziri kimi artıq dünyada hörmət və imici qalmayıb”.

 

 

Xatırladaq ki, fevralın 25-də Suriya prezidenti Bəşər Əsəd İrana gizli səfər edib. Əsədin İranın dini lideri Əli Xamneyi ilə görüşündə yalnız prezident Həsən Ruhani və “Sepah”ın “Qüds” qanadının komandanı Qasım Süleymani və Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti iştirak edib. Zərif isə İranın xarici işlər naziri olmasına baxmayaraq bu görüşə dəvət edilməyib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar