SON XƏBƏRLƏR

Pompeo: “Zərifin ya PUA-dan xəbəri yox idi, ya da yalan danışırdı”

2021.10.20, 07:36
Pompeo: “Zərifin ya PUA-dan xəbəri yox idi, ya da yalan danışırdı”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo ölkəsinin İrana məxsus pilotsuz uçan aparat vurması barədə yayılan xəbərlərə münasibət bildirib.

 

O, bu xəbərlərin doğru olduğunu və “USS Boxer” döyüş gəmisinə yaxınlaşmağa çalışan İran PUA-sının məhv edildiyini deyib.

 

Pompeo həmçinin əlavə edib ki, İranın xarici işlər nazirinin sözləri göstərir ki, ya onun bu PUA barədə heç bir məlumatı olmayıb, ya da yalan danışır.

 

Qeyd etmək lazımdır ki, İrana məxsus PUA-nın vurulmasını iyulun 18-də ABŞ prezidenti Donald Tramp rəsmən bəyan etmişdi. Elə həmin gün Nyu-Yorkda, BMT-nin qərargahında jurnalistlərlə görüşən Məhəmməd Cavad Zərif ölkəsinə məxsus PUA-nın vurulması ilə bağlı heç bir məlumatının olmadığını bildirmişdi. Səhəri gün isə “Sepah” terror təşkilatı Trampın dediklərini təkzib etmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar