SON XƏBƏRLƏR

Portuqaliya iranlılara viza verilməsi prosesini dayandırıb

2021.10.20, 07:36
Portuqaliya iranlılara viza verilməsi prosesini dayandırıb

Gunaz.tv

GünazTV: İyulun 16-da ölkə parlamentində çıxış edən Portuqaliyanın xarici işlər naziri Aqusto Santos Silva bu ölkəyə səfər edən İran vətəndaşlarına viza verilməsi prosesinin dayandırılmasından danışıb.

 

İranlılara viza verilməsinin dayandırılmasının bəzi təhlükəsizlik məsələlərlə əlaqədar olduğunu bildirən Aqusto Santos Silva deyib ki, o məhdudiyyət müvəqqəti xarakter daşıyır: “Bəzi təhlükəsizlik səbəblərə görə İran vətəndaşlarına viza verilməsinin dayandırılmasına qərar verilib. Lakin bu qərarın Tehranla Lissabon arasındakı münasibətlərə heç bir aidiyyəti yoxdur. Ümid edirəm ki, bu məhdudiyyət qarşıdan gələn üç həftədə aradacn qaldırılacaq” –deyə Portuqaliyanın xarici işlər naziri Aqusto Santos Silva vurğulayıb.

 

O, iranlılara viza verilməsinin dayandırılmasının digər detallarını açıqlamayıb.

 

Xatırladaq ki, Portuqaliyanın Tehrandakı səfirliyi bu ilin mart ayında iranlılara viza verilməsi prosesini məhdudlaşdırmağa başlayıb. Poruqaliya hökumətinin bu qərarı isə, səfirliyin İran vətəndaşı olan bir işçisinin küçədə motosiklet sürən iki naməlum silahlı şəxsin hücumuna məruz qalaraq yaralanmasından iki həftə sonraya təsadüf edib.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar