Prezident: “Ermənistan Birinci Qarabağ müharibəsində törətdiyi bir çox müharibə cinayətlərini gizlədə bilmişdi”

2021-04-13 15:36

“Bu, Ermənistan tərəfindən törədilən ilk müharibə cinayətləri deyil. Onlar Birinci Qarabağ müharibəsində də müharibə cinayətləri törədiblər. Lakin o vaxt informasiya mühiti fərqli idi.  Vəhşiliklərlə və barbarlıqla bağlı çoxlu faktlar sənədləşdirilməyib və sənədləşdirilsə belə, bu, beynəlxalq ictimaiyyətə çatmayıb. Beləliklə, onlar o zaman bir çox müharibə cinayətlərini gizlədə bildilər”.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransdakı çıxışında bildirib.

Prezident qeyd edib ki, ermənilər günahsız mülki insanları yandırırdılar, öldürürdülər. Bir çox kəndlər erməni barbarlığının qurbanı olub: “İkinci Qarabağ müharibəsi zamanı onlar beynəlxalq ictimaiyyətin gözü qarşısında bizim şəhər və kəndlərimizi ballistik raketlərlə bombalayıblar, hər gün artilleriya atəşinə tutublar. 

Tərtər balaca şəhərdir, ora 16 min bomba atılıb, onlar hətta qəbiristanlıqda olan mərasimə də bomba atıblar. Onlar Bərdəni bombalayıblar. Onlar Naftalanı bomba ataraq beş nəfərlik ailəni qətlə yetiriblər. Onlar elə güman edirdilər ki, bizim şəhərlərimizə və kəndlərimizə hücum etməklə bizi dayandıra biləcəklər. 

Biz eynisini etmədik. Biz heç bir kəndi və ya şəhəri vurmadıq, yalnız Xankəndidəki hərbi obyektləri vurduq.

Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın aydın göstəricisidir. Çünki həmin ballistik raketin hədəfi var idi. Yaşayış komplekslərinin vurulması təsadüfi deyildi. 

Bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Bu, bir dəfə olmadı, bir neçə dəfə baş verdi. Onlar bundan sonra nə etdilər? Dedilər ki, bu, onlar deyil. 

Ermənistan rəsmiləri bildirdilər ki, bunları edən ermənilər deyil. Onda kim bunu etdi? Kim? Biz özümüz? Siz yəqin bilirsiniz ki, onlar Xocalı soyqırımının günahını da bizim üzərimizə atmaq istəyirdilər. 

Onlar belə hekayələr uydurur, beynəlxalq ictimaiyyəti inandırmağa çalışırdılar ki, azərbaycanlılar özləri günahsız insanları qətlə yetiriblər. Onlar “Toçka U” və “Elbrus” raketləri ilə də eynisini etdilər”. (apa)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Ermənistanla sərhədə ezam olunub

2021-05-13

gun az article

Livandan İsrailə raketlər atılıb

2021-05-13

gun az article

Azərbaycanda bir gündə 1427 nəfər COVID-19-dan sağalıb, 509 nəfər yoluxub

2021-05-13

gun az article

Çempionlar Liqasının finalı İstanbuldan alındı

2021-05-13

gun az article

SOCAR "Rosneft"in Ukraynaya yanacaq tədarükü üzrə operatoru oldu

2021-05-13

gun az article

Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı başa çatıb - VİDEO

2021-05-13

gun az article

Zərif: “Səudiyyə Ərəbistanı ilə əlaqə qurmağa hazırıq”

2021-05-13

gun az article

ABŞ prezidenti Co Baydendən İsrailə DƏSTƏK

2021-05-13

gun az article

Birinci vitse-prezident “Xarıbülbül” musiqi festivalının qala-konsertindən görüntü paylaşıb-VİDEO

2021-05-13

gun az article

“Sepah”, seçki qabağı terror əməliyyatları üçün nəzərdə tutulmuş özəl silah-sursat ələ keçirdiyini bildirir

2021-05-13

gun az article

Azərbaycanlı futbolçu Gürcüstanda növbəti oyuna çıxdı

2021-05-13

gun az article

Azərbaycan idmanında ilk - Tokio-2020-yə lisenziya qazandı

2021-05-13

gun az article

General-polkovnik Tofiq Ağahüseynov vəfat etdi

2021-05-13

gun az article

Azərbaycan və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub

2021-05-13

gun az article

Hulusi Akar: “Türkiyə ordusu yanvar ayından indiyədək 1056 terrorçu zərərsizləşdirib”

2021-05-13

gun az article

İranda koronavirusdan daha 297 nəfər vəfat edib: Ölənlərin sayı 76 000 nəfəri keçib– RƏSMİ STATİSTİKA

2021-05-13

gun az article

Amerikada “İran fars deyil” müzakirəsi: “Bu konfransı ciddi addım hesab edirəm”-Etibar Məmmədov

2021-05-13

gun az article

İranın Buşehr əyalətində 4,4 bal gücündə zəlzələ olub

2021-05-13

gun az article

Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub

2021-05-13

gun az article

Prezidentliyə namizədliyi qeydə alınmış Əhmədinejaddan xəbərdarlıq: Saxtakarlıq etsələr..." - FOTO

2021-05-13