GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
İran dövləti öz kadrlarına belə güvənmir: haker qrupu rejimi ifşa etdi
Sürgün edilən Əkbər Azadla milli fəalların görüşü olub
Biləsuvarda sel daşqınları əhaliyə ciddi ziyan vurub
Əhərdə güclü partlayış- Ölən və yaralananlar var
Türkiyədə əməliyyat: 3 PKK terrorçusu məhv edildi
İrana qarşı yeni sanksiyalar hazırlanır
İran prezidentinin Təbrizə səfəri planlaşdırılır
Sülh payıza qaldı?- “Azərbaycan hərbi yola əl ata bilər”-Politoloq
"İrana getməyin"-XİN ölkə vətəndaşlarına çağırış etdi
Rusiya qırıcılarının İrana verilməsi ləngiyir
GünAz TV: Ərdəbil Əyalətində yerləşən “Heyran gədiyi”nin Azərbaycandan ayrılıb Gilan Əyalətinə ilhaq edilməsi istiqamətində müxtəlif addımlar atılır, hökumət rəsmiləri bunun üçün psixoloji və hüquqi zəmin yaratmağa çalışır.
Məlumata görə, prezident Həsən Ruhaninin müşaviri və Milli Kitabxana və Sənədlər Təşkilatının rəisi Əşrəf Brucerdi ərazinin Gilana aid olduğuna dair fikir formalaşdırmaq məqsədi ilə Gilan rəhbərliyi ilə birlikdə “Heyran gədiyi” məntəqəsinə səfər edib. Cümə günü baş tutan səfərdə prezidentin müşavirini Gilan valisinin müavini Əli Əsğər Cəmşidnəjad, Gilan Milli Kitabxana və Sənədlər Mərkəzinin müdiri Jalə Həssasxah, Astaranın yerli olmayan İcra Hakimiyyəti başçısı və daha bir neçə rəsmi şəxs müşayiət edib.
Ə.Brucerdi və onu müşayiət edən heyət Nəmin tunelinin başlanğıc nöqtəsinə səfər ediblər. Bu ərazi dəqiq olaraq o yerdir ki, Gilan rəhbərliyi və hökumət rəsmiləri Gilanın giriş darvazasını orada inşa etmək istəyirlər.
Dövlətin rəsmi kütləvi informasiya vasitələri bildirib ki, səfərdən məqsəd Gilan Əyalətinin ərazisinə baxış keçirmək olub. Məsullar bununla “Heyran gədiyi”nin Gilan Əyalətinə aid olduğuna dair psixoloji zəmin yaratmağa çalışırlar.
Ə.Brucerdi səfər zamanı “Astara şəhəri tarixi sənədlərinin sərgi”sinin açılış mərasimində də iştirak edib. Bu sərgidə Astaranın Azərbaycana deyil, Gilan Əyalətinə aid olduğuna dair saxta sənədlər nümayiş etdirilir.
Son vaxtlar “Heyran gədiyi”ni Ərdəbil Əyalətindən ayırıb Gilan Əyalətinə birləşdirilməklə bağlı cəhdlər artıb. Azərbaycanlılar isə baş verən hadisələrə müxtəlif formalarda etiraz bildirir.
N.S
"İrana getməyin"-XİN ölkə vətəndaşlarına çağırış etdi
Amerika İranın məşhur internet şirkətinə sanksiya qoydu
Güneydə müəllimlərə təzyiqlər güclənib: İsmayıl Xudayari prokurorluğa çağırılıb
İranda dindarların sayı azalıb: "50 min məscid boş qalıb"-Ayətullah
İranda 21 yaşlı tələbənin müəmmalı ölümü etiraz doğurdu: Narazılara atəş açılıb
Hindistanda dəhşətli qatar qəzası: 70 ölü, 500 yaralı
“ABŞ nüvə potensialını genişləndirməyəcək”-Ağ Ev
Bu gün Ərdoğanın andiçmə mərasimi keçiriləcək
Blinken Səudiyyə Ərəbistanına səfər edəcək
“Körpü” verilişində müzakirə: “İranın Azərbaycanla bitməyən savaşı”- VİDEO
“Azərbaycan dövləti güneyin problemlərinə laqeyd qalmayacaq”-Oktay Qasımov-MÜSAHİBƏ
İran-Əfqanıstan sərhədində atışma: Hava limanına raket zərbələri endirilib
Urmu-Təbriz magistral yolunun ödənişləri bahalaşıb-Sürücülər narazıdır
Prezident İlham Əliyev Laçının Şəlvə kəndinin təməlini qoyub
"Bu, xalqı üz-üzə qoymaq cəhdidir"-Təbrizin millət vəkili hökuməti tənqid etdi
Urmuda ekoloji fəlakət: Şəhərçay ətrafı zibilxanaya çevrilib
Türkiyədə prezident seçkilərinin ikinci turu başlayıb
Milli fəal Hüseyn Amani Təbriz həbsxanasına köçürülüb
Zahidanda etirazçılar həbs edilib
Təbriz Universitetində Azərbaycan dili və ədəbiyyatı dərsləri dayandırıldı