SON XƏBƏRLƏR

Prezident İlham Əliyev Çingiz Aytmatovun ailəsinə başsağlığı verib

2021.10.20, 07:36
Prezident İlham Əliyev Çingiz Aytmatovun ailəsinə başsağlığı verib

Gunaz.tv
Prezident İlham Əliyev Çingiz Aytmatovun ailəsinə başsağlığı verib ilham_eliyev21.jpg Qırğızıstanda isə üçgünlük matəm elan edilib Azərbaycan prezidenti İlham Əliyev tanınımış qırğız yazıçısı Çingiz Aytmatovun vəfatı ilə əlaqədar yaşıçının ailəsinə başsağlığı verib. Dövlət başçısı Çingiz Torekuloviçin vəfatı xəbərinin onu dərindən kədərləndirdiyini bildirib. "Dünya şöhrətli yazıçı, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Çingiz Aytmatov bizim xatirimizdə həmişə Azərbaycanın böyük dostu, qeyri-adi parlaq şəxsiyyət, dərin məzmunlu həyat yolu keçmiş, yüksək vətəndaşlıq, mənəviyyat, tükənməz əməksevərlik və seçdiyi işə sədaqət keyfiyyətləri ilə fərqlənən gözəl insan kimi qalacaq. Bu ağır və əvəzsiz itki ilə əlaqədar sizə səmimi qəlbdən başsağlığı verirəm". Xatırladaq ki, Prezidenti İlham Əliyev 2008-ci il fevralın 25-də Çingiz Aytmatovu Azərbaycanın yüksək ordeni olan "Dostluq" ordeni ilə təltif edib. Çingiz Aytmatov Azərbaycanda bu ordenə layiq görülən ilk şəxs olub. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar