Prezident İlham Əliyev: "Düşmən bizim qabağımızdan qaçır və qaçacaq, çünki biz haqlıyıq, biz güclüyük"

2020-10-26 16:04

"1993-cü ildə qəbul edilmiş qətnamələrdə deyilir ki, erməni silahlı qüvvələri torpaqlarımızdan çıxarılmalıdır. Amma onlar elə bil, istəyirlər ki, bu sənədlər kölgədə qalsın, ya da qüvvədən düşsün və öz əhəmiyyətini itirsin. Bu idi məqsəd. Biz yenə işğalçıya dəstək göstərilməsi cəhdini gördük. Amma bu, keçmədi. Qoşulmama Hərəkatına üzv ölkələr buna kişi kimi imkan vermədi. Bizə dəstək göstərdilər".

Gunaz.tv Quote | Gunaz article


APA xəbər verir ki, Prezident İlham Əliyev bu barədə oktyabrın 26-da xalqa müraciətində bildirib.


Göstərdikləri mərdliyə görə Qoşulmama Hərəkatına üzv ölkələrə təşəkkür edən dövlətimizin başçısı deyib: “Sağ olsunlar, baxmayaraq ki, onlara təzyiq göstərildi, bəlkə də hədələr oldu. Amma bizim arxamızda kişi kimi durdular, necə ki, biz onların arxasında dururuq. Bu, onu göstərir ki, keçməyəcək. Mənim əziz qardaşım, Türkiyə Cümhuriyyətinin Prezidenti dəfələrlə deyib ki, dünya beşdən böyükdür. Tam haqlıdır. Bax, bu səsvermə onu göstərdi. Birləşdilər, yenə də Ermənistan maraqlarına cavab verən sənədi ortalığa atdılar, amma keçmədi. Çünki ədalət var. Nə qədər bu ədaləti pozsalar da, nə qədər bu haqqı yerə vursalar da, yenə də ədalət var. Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir. Ona görə biz yolumuzu davam edəcəyik”.


Azərbaycan Prezidenti qeyd edib ki, atəşkəs istəyirlərsə, işğalçı dövlətə desinlər, rədd olsun çıxsın. “Yoxsa, axıra qədər gedəcəyik, axıra qədər, sona qədər gedəcəyik. Düşməni bundan sonra da qovacağıq, necə ki qovuruq, necə ki bizim qabağımızdan qaçır və qaçacaq. Çünki biz haqlıyıq və biz güclüyük”, - deyə Prezident İlham Əliyev vurğulayıb.      (apa.az)


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrləri Şuşaya gedib

2021-07-29

gun az article

BMT-dən sərhəddəki gərginliklə bağlı açıqlama

2021-07-28

gun az article

ABŞ-dan Kəlbəcər açıqlaması

2021-07-29

gun az article

Zelenski ordu rəhbərliyini dəyişdi

2021-07-29

gun az article

Leyla Abdullayeva Oxçuçay fəlakətindən yazdı

2021-07-29

gun az article

Erməni terrorçu qrupun üzvlərinin məhkəməsi davam etdiriləcək

2021-07-29

gun az article

Ermənistan atəşkəsi pozaraq Kəlbəcər istiqamətindəki mövqelərimizi yenidən atəşə tutub

2021-07-29

gun az article

Azərbaycanlı bacılar Olimpiadada ilk medalını qazandı -FOTO

2021-07-28

gun az article

Mikayıl Cabbarov İsrailin xarici işlər naziri ilə görüşüb – FOTO

2021-07-28

gun az article

Rusiyalı ekspert: "Belə addımlar Ermənistan üçün mənfi nəticələrə gətirib çıxara bilər"

2021-07-28

gun az article

Ceyhun Bayramov ABŞ rəsmisi ilə sərhəddəki gərginliyi müzakirə edib

2021-07-28

gun az article

Parlamentin komitə sədri: “Bakı Bəyannaməsi regionun inkişafına töhfə verəcək”

2021-07-28

gun az article

Azərbaycanda yaşayan əcnəbilərin sayı açıqlanıb

2021-07-28

gun az article

Zakir Həsənov ABŞ-ın Oklahoma ştatının nümayəndə heyəti ilə görüşüb

2021-07-28

gun az article

Ermənistanda ehtiyatda olan hərbçilərin toplanışı keçiriləcək

2021-07-28

gun az article

Ceyhun Bayramov Pakistan Milli Assambleyasının sədri ilə görüşüb

2021-07-28

gun az article

"Taliban" Pekində Çin rəsmiləri ilə görüşüb

2021-07-28

gun az article

Kəlbəcər və Laçında yol tikintisinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM

2021-07-28

gun az article

İraqda türk hərbçisi şəhid olub

2021-07-28

gun az article

Zakir Həsənov: "Sərhəddəki insidentə görə məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür"

2021-07-28