Prezident İlham Əliyev: Əfsuslar olsun ki, bəzi müsəlman ölkələri Ermənistana dost ölkə deyirlər

2020-12-25 12:39

Əfsuslar olsun, biz bunu bu günə qədər eşidirik ki, bəzi müsəlman ölkələri Ermənistana dost ölkə deyirlər. Bu “dost ölkəyə” 20 il rəhbərlik etmiş cəlladlar gəlib bizim məscidimizi dağıdıblar, təhqir ediblər. Bütün dünya bunu görməlidir. Əgər bizə qarşı hər hansı bir irad irəli sürüləcəksə, cavabını verəcəyik.

Gunaz.tv Quote | Gunaz article

Bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilanda düşmənin dağıtdığı məscidin önündə çıxışı zamanı söyləyib.


Dövlətimizin başçısı bildirib: “İstənilən beynəlxalq təşkilat gəlsin, bunu görsün, öz hesabatında bunu əks etdirsin, qınasın işğalçı dövləti və görsün ki, biz hansı bəlaya qarşı mübarizə aparmışıq, biz kimi qovmuşuq torpaqlarımızdan, rədd etmişik onları buradan. Görün şəhərlərimizi nə günə salıblar. Bir dənə də salamat bina yoxdur. Cəbrayıldan başlayaraq ta Qubadlıya qədər, Zəngilana qədər azad edilmiş torpaqlardan gəlmişəm. Bir dənə də salamat bina yoxdur. Bütün binalar sökülüb, dağıdılıb, kəndlərimizin adları dəyişdirilib, eybəcər adlar verilib, məscidimiz bax, bu günə düşüb. Cavabını verəcək Ermənistan, cavabını verəcək! Veribdir, qovmuşuq torpaqlarımızdan, məhv etmişik onları, onların ordusunu”.
Azərbaycan Prezidenti qeyd edib ki, bu məscid də bərpa olunacaq, buradan azan səsi gələcək, bu torpaqlara həyat qayıdacaq.


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Ermənistanda II Qareginin əleyhinə aksiya keçirilməsi planlaşdırılır

2020-12-26

gun az article

“Qafan-Əkərək yolu Azərbaycanın nəzarətinə keçib” – Qafan meri

2020-12-25

gun az article

Azərbaycan əsgərləri yol kənarında kafe işlədən erməniyə bir saat vaxt verdi — VİDEO

2020-12-25

gun az article

Hikmət Hacıyev: “Prezident İlham Əliyev xalqımızın Qarabağ həsrətinə son qoyub”

2020-12-24

gun az article

Kəlbəcərdəki məşhur qapının YENİ FOTOSU

2020-12-24

gun az article

Prezident İlham Əliyevin doğum günüdür

2020-12-24

gun az article

Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

2020-12-24

gun az article

İtaliya Prezidenti Azərbaycan Prezidentini təbrik edib

2020-12-24

gun az article

Gürcüstanda iki azərbaycanlı güllələnib

2020-12-24

gun az article

Nazir: “Azərbaycan həm minimum, həm də orta aylıq pensiya üzrə MDB ölkələri arasında liderliyini qoruyur”

2020-12-23

gun az article

Ağdamın Seyidli kəndindən - VİDEOGÖRÜNTÜLƏR

2020-12-23

gun az article

Zəngilanın Mincivan qəsəbəsi - VİDEO

2020-12-23

gun az article

İşğaldan azad olunan ərazilərin bərpası ilə bağlı konsepsiyanın əsas istiqamətləri açıqlanıb

2020-12-22

gun az article

Türkiyəli hərbi istehkamçılar mühəndis təminatı üzrə məşqlər keçirir - VİDEO

2020-12-22

gun az article

XİN: UNESCO-nun açıqlamaları Azərbaycanla əməkdaşlığın ruhuna uyğun gəlmir

2020-12-22

gun az article

Vətən müharibəsi şəhidlərinin sayı 2802 nəfərə yüksəlib

2020-12-21

gun az article

Şoyqu: “Bu günə kimi Qarabağda bir dənə də olsun ciddi insidentin baş verməsinə icazə verilməyib”

2020-12-21

gun az article

Gələn il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirləri və xərcləri məlum olub

2020-12-21

gun az article

Prezident İlham Əliyev Əfqanıstanın milli təhlükəsizlik müşavirini və Prezident Administrasiyasının rəhbərini qəbul edib

2020-12-21

gun az article

Rusiya yeni silahların inkişafı proqramını planlaşdırarkən Qarabağdakı döyüş təcrübəsini nəzərə alacaq

2020-12-21