Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

2020-09-15 14:34

Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək, 15 sentyabr Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə təbriklərini çatdırıb.

Gunaz.tv Quote | Gunaz article

Prezidentin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Azərbaycan Milli Ordusu və könüllülərlə birlikdə Bakını erməni və bolşevik işğalından azad etdiyini qeyd edən dövlətimizin başçısı bu yolda canlarını qurban verən şəhidlərin dərin hörmət və ehtiramla yad edildiyini, onların əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını bildirib.


Prezident İlham Əliyev bu əlamətdar hadisə ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanladığını diqqətə çatdırıb. Dövlətimizin başçısı qeyd edib ki, əcdadlarımızın əziz xatirəsinə göstərilən sadiqliyin nümunəsi olaraq, 15 sentyabr tarixi bir bayram kimi bu gün də qeyd olunur. Bununla əlaqədar Bakıda və Azərbaycanın müxtəlif bölgələrində tədbirlər keçirilir.


Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon zənginə görə təşəkkür edərək, Prezident İlham Əliyevə öz təbriklərini çatdırıb və bu münasibətlə dövlətimizin başçısına məktub ünvanladığını bildirib. Türkiyə Respublikasının Prezidenti Bakının işğaldan azad olunmasında Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun rolunu qeyd edib.


Dövlət başçıları ölkələrimizin hər zaman bir-birinin yanında olduğunu və bütün məsələlərdə bir-birini dəstəklədiklərini vurğulayıblar.


Telefon danışığı zamanı Bakının azad edilməsinin 100 illiyi münasibətilə iki il əvvəl keçirilmiş hərbi parad da xatırladılıb. Azərbaycan və Türkiyə əsgərlərinin iştirak etdiyi hərbi paradın hər iki ölkənin prezidentləri tərəfindən birgə izlənməsi xoş təəssüratlarla qeyd edilib. Bu gün ölkələrimiz arasında əlaqələrin daha da yüksək səviyyəyə qalxmasından məmnunluq ifadə olunub.


Söhbət zamanı Azərbaycanla Türkiyə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə edilib. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Xələf Xələfov: "Azərbaycan Türkiyənin bütün addımlarını birmənalı dəstəkləyir"

2020-09-16

gun az article

Türkiyəli nazir müavini: “Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal çəkilməlidir”

2020-09-16

gun az article

Azərbaycanda son sutkada 141 nəfər COVID-19-a yoluxub, 151 nəfər sağalıb, 3 nəfər vəfat edib

2020-09-16

gun az article

İsrail BƏƏ və Bəhreyn arasında münasibətlərin normallaşdırılmasına dair müqavilə imzalanıb

2020-09-16

gun az article

Yoşihide Suga Yaponiyanın Baş naziri seçilib

2020-09-16

gun az article

ÜST-dən məktəblərlə bağlı açıqlama – “Son çarə olmalıdır”

2020-09-16

gun az article

Aİ: Lukaşenkonu Belarusun legitim prezidenti kimi tanımırıq

2020-09-15

gun az article

Aleksey Navalnı zəhərləndikdən sonra ilk dəfə foto paylaşıb- FOTO

2020-09-15

gun az article

Azərbaycanda daha 114 nəfər COVID-19-a yoluxub

2020-09-15

gun az article

Mövlud Çavuşoğlu Bakının işğaldan azad olunması ilə bağlı paylaşım edib- FOTO

2020-09-15

gun az article

Azərbaycan və Türkiyə qırıcıları Gəncə üzərində birgə uçuşlar keçirəcək

2020-09-15

gun az article

Amerikanın qərbindəki meşə yanğınları zamanı ölənlərin sayı 33-ə çatıb

2020-09-14

gun az article

Ermənistanda koronavirusdan ölənlərin sayı 911-ə çatıb

2020-09-12

gun az article

Bəhreyn İsraillə sülh müqaviləsi imzalayacaq

2020-09-12

gun az article

Tramp Amerikanın heç kimin bilmədiyi silah sistemlərinə sahib olduğunu bildirib

2020-09-11

gun az article

KİV: İordaniyada silah anbarında güclü partlayış olub, ölənlər var

2020-09-11

gun az article

Ukraynada saxlanılan İŞİD üzvünün İstanbulda terror aktı təşkil edən şəxsin köməkçisi olduğu müəyyənləşdirilib

2020-09-10

gun az article

Azərbaycanda son sutkada 142 nəfər COVID-19-a yoluxub, 150 nəfər sağalıb, 1 nəfər vəfat edib

2020-09-10

gun az article

Amerika İraqdakı hərbi heyətini yarıyadək azaldacaq

2020-09-10

gun az article

Bir ay əvvəl güclü partlayış baş verən Beyrut limanında yanğın başlayıb

2020-09-10