SON XƏBƏRLƏR

Prezident Obama Fırtına ilə bağlı xəbərdarlıq edib

2021.10.20, 07:36
Prezident Obama Fırtına ilə bağlı xəbərdarlıq edib

Gunaz.tv

GünAz TV: Amerika prezidenti bildirib ki, İrene fırtınasının Kanadaya doğru hərəkət etməsinə rəğmən onun törətdiyi təhlükələr sovuşmayıb.

Təxliyə xidmətləri qasırğanın nəticələri il mübarizə apararaq leysan yağışların daşqın yarada biləcəyini bildirirlər.

Hakimiyyət orqanları elektrik cərəyanın bir müddət fasilələrlə veriləcəyini bəyan ediblər.

“Mən istəyirəm ki, amerikalılar bunu məsələnin sonu kimi görməsinlər. Bərpa işləri davam edəcək. Mən adamları yaşadıqları ştatların (əyalətlərin) və rəsmilərin göstərişlərinə əməl etməyə çağırıram”, - deyib xalqa telemüraciətində Barak Obama.

Bu arada “İrene” fırtınasının ötüb keçməsilə Nyu-Yorkda həyat öz məcrasına qayıtmaqdadır.

Gözlənilən tufan və metronun su basması proqnozları özünü doğrultmayıb.

370 min adamın təxliyə edilməsini əhatə edən əmrin yerinə yetirilməsi bazar ertəsi, yerli vaxtla saat 15:00-da dayandırılıb, birjalar da artıq səhərdən açılıbdır.

Qurbanlar

 

Avqustun (August) 27-də ABŞ-ın (Amerika Birləşmiş Ştatları) şərq sahillərinə çatan “İrene” qasırğasının qurbanları 18 nəfərədək artıb.

Bu barədə Amerikanın fövqəladə agentliyinin (ajansının) nümayəndələrinə istinadən Agence France-Presse xəbər verir.

Belə ki, avqustun 28-i gecəsi Şimali Karolinada və Virciniyada 4 nəfər yıxılmış ağacların altında qalaraq ölüb.

Bundan başqa, Merilend ştatında bir qadın ölüb, onun başına evdən qopan daş düşüb.

Bir nəfər də Nyu-Cersi ştatında ölüb.

Şənbə günü, avqustun 27-də Amerikanın şərq sahilinə çatan qasırğa ilə bağlı 14 ştatda fövqəladə vəziyyət elan edilmişdi.

 

Bu gündən bəri 8 minədək aviareysin (uçuş, pərvaz) ləğv olunduğu bildirilir.

 

Nyu-Yorkda bütün aeroportlar (hava limanları), həmçinin dəniz limanları bağlanmış, ictimai nəqliyyatın işi dayandırılmışdı.

 

Hazırlıq

 

Su altında qalma təhlükəsi gözlənilən 370 min adamın məcburi təxliyə olunma gözləyirdi.

 

Nyu-Cersi ştatı sahillərindən bir milyonadək insan evakuasiya (təxliyyə) edilmişdi.

 

Ölkə ərazisi üzərindən keçən qasırğa elektrik enerjisinin kütləvi sürətdə kəsilməsinə səbəb olub.

 

Virciniyada iki milyonadək adam işıqsız qalmış, Merilenddə isə bəzi yerlərdə AES-in (Atom Elektrik Stansiyasının) fəaliyyəti dayandırlmışdır.

 

Amerika ordusunun ərzaq ehtiyatı ilə 200 yük maşınını hazır vəziyyətə gətirilmişdi.

 

Zərurət yarandığı təqdirdə fəlakətin nəticələrini aradan qaldırmaq üçün 100 min ABŞ Milli Qvardiyasının (qard) hərbiçiləri də iştirak etməyə hazır idi.

 

Avqustun 28-də “İrene” qasırğası tropik (gərmsiri) fırtına səviyyəsinə endirilib. BBC

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar