Prezident Pedaqoji Universitetlə bağlı Nazirlər Kabinetinə TAPŞIRIQ VERDİ

2021-04-17 15:41

Prezident İlham Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Gunaz.tv Quote | Gunaz article

Sərəncamda qeyd edilir ki, 2021-ci ildə respublikamızın ilk ali pedaqoji təhsil ocağının – Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəaliyyətə başlamasının 100 illiyi tamam olur.

Azərbaycan Dövlət Pedaqoji Universiteti ölkəmizin təhsil tarixində xüsusi yer tutan, zəngin ənənələrə malik ali təhsil müəssisələrindəndir. 

Yarandığı vaxtdan etibarən Universitet üzərinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirmiş, respublikamızla yanaşı, bir sıra digər ölkələr üçün elmi-pedaqoji kadr hazırlanması işini müvəffəqiyyətlə həyata keçirmişdir. Azərbaycanın tanınmış ictimai, elm və mədəniyyət xadimləri arasında Universitetin çox sayda məzunları vardır.

İxtisaslaşmış ali təhsil müəssisəsi kimi Azərbaycan Dövlət Pedaqoji Universiteti müəllim hazırlığı sahəsində və pedaqoji təhsilin inkişafı naminə bu gün də uğurlu fəaliyyəti ilə müstəqil Azərbaycanın inkişafına töhfələrini əsirgəmir. 

Universitetdə qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından faydalanmaqla ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atılır.

Ölkədə yüksək ixtisaslı pedaqoji və elmi-pedaqoji kadr yetişdirilməsi sahəsində mühüm xidmətlərini nəzərə alaraq, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alınır:

- Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. (modern.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranla sərhəddə atışmada şəhid olan zabit Tovuzda dəfn ediləcək

2021-05-16

gun az article

Sahibə Qafarova İtaliyaya səfərə gedir

2021-05-16

gun az article

Leyla Abdullayeva: “Azərbaycanın guya Ermənistanın “suveren ərazisini” pozduğuna dair iddialar tamamilə əsassızdır”

2021-05-16

gun az article

“HƏMAS”ın silah saxladığı 11 mərtəbəli bina dağıdıldı

2021-05-15

gun az article

İranla sərhəddə atışma, iki hərbçimiz şəhid oldu

2021-05-15

gun az article

Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub

2021-05-15

gun az article

Udi xalqının çox böyük tarixi mirası var - İlham Əliyev

2021-05-15

gun az article

İtaliya mətbuatı “Xarıbülbül” festivalından yazdı

2021-05-15

gun az article

Azərbaycanda daha 377 nəfər COVID-19-a yoluxub

2021-05-15

gun az article

ABŞ-ın İsraildəki səfirliyinin Təl-Əviv ofisi viza xidmətlərini dayandırıb

2021-05-15

gun az article

Ermənistan AES-in fəaliyyəti dayandırıldı

2021-05-15

gun az article

Stoltenberq: "NATO yeni bir "Soyuq Müharibə" istəmir"

2021-05-15

gun az article

Cavad Zərif İsraili dəstəkləyən Avstriyaya səfərini ləğv edib

2021-05-15

gun az article

Ukrayna yeni qoşun növü yaradacaq

2021-05-15

gun az article

Ruhani vaksinasiya prosesindəki qanunsuzluqlardan danışdı: "Hələ peyvənd olunmamışam"

2021-05-15

gun az article

15 may Beynəlxalq İqlim Günüdür

2021-05-15

gun az article

Monteneqro turistlərə qapılarını açır

2021-05-15

gun az article

Türkiyə - Şimali İrlandiya oyunu ləğv olundu

2021-05-15

gun az article

İranda koronavirusdan daha 200 nəfər dünyasını dəyişib, 7 723 nəfər xəstəliyə yoluxub– RƏSMİ STATİSTİKA

2021-05-15

gun az article

Baş Konsulluqdan ABŞ-dakı azərbaycanlılara XƏBƏRDARLIQ

2021-05-15