Prezident Sumqayıtda tibbi maska fabriki və qoruyucu kombinezon istehsalı müəssisəsinin açılışında iştirak edib

2020-05-12 17:00

GünAz TV: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında iştirak ediblər.

 

APA xəbər verir ki, “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Mehriban Axundova dövlətimizin başçısına və birinci xanıma müəssisələrin fəaliyyəti barədə məlumat verib.

 

Bildirilib ki, tibbi maska fabrikində birdəfəlik istifadə üçün maskalar istehsal olunacaq. Maskalar üçqatdır və orta qatı xüsusi süzgəc funksiyasını yerinə yetirən toxunmamış parçadan ibarətdir. Bu maskalar müxtəlif kateqoriyalı virus və infeksiyalara qarşı davamlıdır. İlk mərhələdə fabrikdə gün ərzində 140 min ədəd maska istehsalı nəzərdə tutulur. May ayının sonunadək burada əlavə avadanlıq quraşdırılacaq. Bu isə öz növbəsində istehsal gücünü artırmağa imkan verəcək. Beləliklə, fabrikdə mərhələli şəkildə bu göstərici 300 min ədədədək artırılacaq. Hazırda istehsalat prosesinə cəlb olunmuş işçilərin sayı 30 nəfərdir, əlavə avadanlıq quraşdırıldıqdan sonra isə 50 nəfərə çatacaq.

 

“Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətdə birdəfəlik istifadə üçün qoruyucu kombinezonların da istehsalına başlanılıb. Məhsullar polietilen qoruyucu membranla örtülüb, yüksək sıxlıqlı polipropilendən olan toxunmamış parçadan tikilir. Bu isə öz növbəsində məhsulun keyfiyyətini artırır. Belə ki, bu parça möhkəmliyi, sukeçirməzliyi, kimyəvi maddələrə davamlılığı, yüngüllüyü ilə fərqlənir. İstehsal olunan qoruyucu kombinezonlar istifadəçiləri virus, infeksiya, zərərli kimyəvi maddələrdən və ya həssaslıq yarada bilən məhsul və proseslərdən qoruyur. Məhsulun uyğunluğu müvafiq standartlar üzrə sertifikatlaşdırılıb. Burada gün ərzində 6 min ədəd qoruyucu kombinezonun istehsalı nəzərdə tutulur. Müəssisəsinin istifadəyə verilməsi yeni iş yerlərinin açılması baxımından da böyük əhəmiyyət daşıyır. Belə ki, buradakı istehsalat prosesinə 210 işçi cəlb olunub. Yerli tələbat ödənildikdən sonra həm tibbi maskaların, həm də qoruyucu kombinezonların ixracı da nəzərdə tutulur. Beləliklə, bu cür müəssisələrin fəaliyyətə başlaması Azərbaycanın ixrac potensialının artırılmasına xidmət etməklə bərabər, qeyri-neft sektorunun inkişafı baxımından da böyük rol oynayır.

 

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva müəssisələrin bir qrup işçisi ilə görüşüblər.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Müdafiə Nazirliyi: Erməni hərbçilər döyüşlərdə iştirak etməkdən imtina edir

2020-10-22

gun az article

Türkiyənin Müdafiə naziri: "Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməlidir!"

2020-10-22

gun az article

Azərbaycan Prezidenti: “Ermənistan rəhbərliyi bu cinayətə görə cavab verəcək”

2020-10-22

gun az article

Düşmənin döyüş meydanında atıb-qaçdığı hərbi texnikalar- FOTO

2020-10-21

gun az article

Azərbaycanda son sutkada 714 nəfər COVID-19-a yoluxub, 176 nəfər sağalıb, 7 nəfər vəfat edib

2020-10-21

gun az article

Ceyhun Bayramov Moskvada Sergey Lavrovla görüşüb

2020-10-21

gun az article

Baş Prokurorluq Qarabağda Ermənistan tərəfdən vuruşan muzdlu döyüşçülərlə bağlı 6 dildə videoçarx hazırlayıb

2020-10-21

gun az article

Pakistanda yaşayış binasında partlayış olub, ölənlər var

2020-10-21

gun az article

Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb

2020-10-21

gun az article

Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edir

2020-10-21

gun az article

Ermənilər Kaliforniyada azərbaycanlılara qarşı vandalizm aktı törədib

2020-10-21

gun az article

Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər həyata keçiriləcək

2020-10-20

gun az article

Azərbaycan Prezidenti düşmənin itirdiyi hərbi texnikanın siyahısını açıqlayıb

2020-10-20

gun az article

Prezident İlham Əliyev: "Düşmənin başını yaran yumruğumuz bizim birliyimiz, məqsədyönlü fəaliyyətdir"

2020-10-20

gun az article

Ermənilərin atdığı mərmi Tərtərdə yaşayış evinə düşüb, 2 nəfər ölüb

2020-10-20

gun az article

Azərbaycan Ordusu düşmənin xeyli texnikasını və canlı qüvvəsini məhv edib - VİDEO

2020-10-20

gun az article

MN: Düşmən Tərtər və Ağdam rayonlarını atəşə tutur

2020-10-20

gun az article

Baş katib: “Türk dünyası bu müharibədə Azərbaycanın yanındadır”

2020-10-20

gun az article

Pakistan XİN başçısı: “Qardaş Azərbaycan xalqının yanındayıq və onun özünümüdafiə hüququnu dəstəkləyirik” - YENİLƏNİB

2020-10-20

gun az article

Müdafiə Nazirliyi “Əsgərə Məktub Online” layihəsini təqdim edir - VİDEO

2020-10-20