Prezident Şuşaya avtomobil yolunun tikintisinə 50 milyon manat ayırdı

2020-11-18 12:01

Prezident İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Gunaz.tv Quote | Gunaz article

Sərəncama əsasən, ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılıb.


Sərəncamda Nazirlər Kabinetinə, Maliyyə və İqtisadiyyat nazirliklərinə müvafiq tapşırıqlar verilib.


Sərəncamda deyilir ki, Qarabağ bölgəsində erməni təcavüzünə məruz qalmış bütün torpaqlarımız, o cümlədən Qarabağın tacı olan Şuşa 2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsinin Azərbaycan xalqının tarixi Qələbəsi ilə başa çatması nəticəsində işğaldan azad edilib.


27 il müddətində işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılıb, təbii sərvətlər talan edilib, tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan vurulub, fərdi və çoxmənzilli yaşayış evləri yerlə-yeksan edilib.


Dədə-baba yurdlarından didərgin salınmış insanların işğaldan azad olunmuş ərazilərə qayıdaraq məskunlaşmasının, habelə dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələrinin tərtibi, sənaye və kənd təsərrüfatı müəssisələrinin, sosial təyinatlı obyektlərin inşası, habelə əhalinin mənzil-məişət məsələlərinin həlli ilə bağlı müvafiq təkliflər hazırlanır və artıq bir sıra yaşayış məntəqələrində bu sahələrdə zəruri işlərin həyata keçirilməsinə başlanılıb.


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Rusiya XİN: Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdayıq

2020-11-27

gun az article

Kanadada silahlı insident zamanı bir uşaq ölüb

2020-11-27

gun az article

Dünyada COVID-19-a yoluxanların sayı 61 milyonu keçib

2020-11-27

gun az article

Çavuşoğlu və NATO Baş katibi Dağlıq Qarabağı müzakirə ediblər

2020-11-26

gun az article

Rusiyalı senator: “Fransa Senatının Dağlıq Qarabağla bağlı qərarı hökumət üçün elə tövsiyə olaraq qalacaq”

2020-11-26

gun az article

Azərbaycan neftinin bahalaşması davam edir

2020-11-26

gun az article

Bölmələrimizin Kəlbəcər rayonuna daxil olmasının növbəti görüntüləri - VİDEO

2020-11-25

gun az article

Türkiyə Prezidenti: “Kəlbəcər də işğaldan azad edilib, artıq Qarabağda Azərbaycan bayrağı dalğalanır”

2020-11-25

gun az article

Ərdoğan: “Qarabağ münaqişəsində haqq öz yerini tutdu”

2020-11-25

gun az article

İsrail səfiri: "Qadınlar qorxusuz, ləyaqətli həyatı haqq edirlər"

2020-11-25

gun az article

Azərbaycan Prezidenti: “Ermənilər hesab edirdilər ki, havadarları daim onları müdafiə edəcəklər, arxalarında duracaqlar, onların əvəzinə müharibə aparacaqlar”

2020-11-25

gun az article

XİN: Doğma Kəlbəcərimiz bizə geri qayıtdı, ədalət bərpa edildi

2020-11-25

gun az article

Azərbaycan Prezidenti: “Paşinyan, harada imzalamısan sən bu kapitulyasiya aktını?”

2020-11-25

gun az article

Ermənistanda daha bir nazir istefa verib

2020-11-24

gun az article

“Qalatasaray” azərbaycanlı şəhidlə bağlı paylaşım edib

2020-11-24

gun az article

Türkiyə XİN başçısı: “Azərbaycana həm döyüş meydanında, həm də diplomatiya masasında tam dəstək verdik”

2020-11-24

gun az article

Çavuşoğlu: “Sülh və sabitliyin yolunun Türkiyədən keçdiyini dost da, düşmən də gördü”

2020-11-24

gun az article

Roma Papası ilk dəfə olaraq Uyğurları zülmə uğramış adlandırıb

2020-11-24

gun az article

İlham Əliyev və Mehriban Əliyeva Ağdam Cümə məscidində olublar- FOTO- VİDEO

2020-11-24

gun az article

İşğaldan azad olunmuş ərazilərdə aparılan ilkin monitorinqin nəticələri UNESCO və ISESCO-ya təqdim edilib

2020-11-24