SON XƏBƏRLƏR

Prezidenti tənqid etdiyi üçün İranda daha bir qəzetin fəaliyyəti dayandırıldı

2021.10.20, 07:36
Prezidenti tənqid etdiyi üçün İranda daha bir qəzetin fəaliyyəti dayandırıldı

Gunaz.tv
Prezidenti tənqid etdiyi üçün İranda daha bir qəzetin fəaliyyəti dayandırıldı 20080623120057_1.jpg İran prezidenti Mahmud Əhmədinejadın prezident kimi fəaliyyətinin üçüncü ilində onun işini tənqid edən qəzet bağlanıb. Reuters agentliyinin yaydığı məlumata əsasən, tənqidi məqaləyə görə Tehran Emrooz qəzetinin lisenziyası geri alınıb. Bu gün həmin mətbu orqanının rəhbəri məhkəmə qarşısına çıxıb. O, prezident haqqında yalan və böhtan xarakterli məlumatları ictimaiyyətə buraxmaqda ittiham edilir. Qeyd edək ki, Mahmud Əhmədinejad barəsində olan məqalədə onun əsasən iqtisadiyyat sahəsində yürütdüyü siyasət ciddi tənqid atəşinə tutulmuşdu, dövlət başçısının ölkədə inflyasiyanın ildə 25 faizə çatmasının qarşısını almaqda acizliyi qeyd edilirdi. Tehran Emrooz qəzeti İranda ilyarım əvvəl fəaliyyətə başlayıb. Hesab edilir ki, bu dərgi Tehranın meri Məhəmməd Bəkir Kalibafa yaxındır. Bu şəxs isə 2009-cu ildə keçiriləcək prezident seçkilərində Mahmud Əhmədinejadın əsas rəqiblərindən biri sayılır. Reuters xəbər verir ki, 2000-ci ildən bəri - İranda 100-dək qəzet və informasiya agentliyi bağlanıb. Əsas səbəb kimi onların «qərbin sözu ilə oturub-durması» göstərilib. ANS PRESS

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar