SON XƏBƏRLƏR

Prezidentlər Qazaxıstana toplaşıb

2021.10.20, 07:36
Prezidentlər Qazaxıstana toplaşıb

Gunaz.tv
Prezidentlər Qazaxıstana toplaşıb astana-prezidentler.jpg Qazaxıstan paytaxtının 10 illiyi ilə bağlı təntənəli mərasimlərə start verilib Dünən Qazaxıstan paytaxtının 10 illiyi ilə bağlı təntənəli mərasimlərə start verilib. APA-nın məlumatına görə, mərasimlərdə iştirak etmək üçün dünən Türkiyə prezidenti Abdullah Gül Astanaya gəlib. Bu gün Azərbaycan prezidenti Ilham Əliyev, Rusiya prezidenti Dmitri Medvedyev, Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov, Qırğızıstan prezidenti Kurmanbek Bakiyev, Tacikistan prezidenti Emomali Rahmon, Ermənistan prezidenti Serj Sərkisyan, Gürcüstan prezidenti Mixail Saakaşvili, Iordaniya kralı ikinci Abdullanın Astanaya gəlməsi gözlənilir. Paytaxtda təşkil olunacaq təntənəli mərasim prezident Nursultan Nazarbayevin çıxışı ilə başlayacaq. Daha sonra digər dövlət başçılarının çıxışları nəzərdə tutulub. Bayram tədbirləri çərçivəsində müxtəlif ölkələrdən olan incəsənət ustalarının iştirakı ilə qala-konsert keçirilməsi nəzərdə tutulub. Bu gün isə Astanaya toplaşan MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçiriləcək. azadliq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar