Prezidentliyə namizəd İbrahim Rəisi Təbrizdə türk dilininin inkişafı ilə bağlı vədlər verdi

2021-06-17 10:47

Dünən iyunun 16-ı axşam saatlarında İranda 13-cü dövr prezident seçkilərinə namizəd, İran Məhkəmə Sisteminin başçısı İbrahim Rəisi Təbrizdə bir qrup vətəndaşla görüş keçirib.

Gunaz.tv Quote | Gunaz article

“Sepah” və “Bəsic” qüvvələrinin təşkilatçılığı ilə Təxti (Bağşimal) stadionunda keçirilən görüşdə İbrahim Rəisi bundan öncəki prezidentlərin Azərbaycan və azərbaycanlılarla bağlı sözlərini təkrar edib. 
İ.Rəisi  Azərbaycan dili, mədəniyyəti, iqtisadiyyatı və s. məsələlərlə bağlı onlara vədlər verib.

"Özümü Azəbaycan dili və mədəniyyətinin qorunmasına borclu bilirəm”-deyən prezidentliyə namizəd türk dilinin və Azərbaycan mədəniyyətlərinin qorunması ilə bağlı addım atacağını iddia edib.


“Azərbaycan bölgəsi Qafqaz, Anadolu və Rusiyaya ixracatın qapısı olacaq. Azərbaycan İran ixracatının mərkəzinə çevriləcək”-deyən Rəisi Azərbaycanın ciddi iqtisadi problemlərlə üzləşdiyini dolayısı ilə etiraf edib. 

O, bölgənin iqtisadi inkişafına çalışacağını bildirib.

Uzun illərdir işlədilən və azərbaycanlılar tərəfindən artıq ironiya ilə qarşılanan “Azərbaycan İranın başıdır” ifadəsini yenidən təkrar edən Məhkəmə Sisteminin başçısı Azərbaycanın potensilaından düzgün istifadə edilmədiyini vurğulayıb.

O, Azərbaycanı İran istehsalatı və sənayesinin üzük qaşı, kənd təsərrüfatı sahəsində isə əsas mərkəz adlandırıb,  bu potensialın yenidən hərəkətə gətiriləcəyinə çalışacağını deyib.

Rəisi son illər ərzində daşınmaz əmlakın 7, avtomobillərin isə 8 dəfə bahalaşdığını, əhalinin yoxsullaşdığını etiraf edib, korrupsiyanın iqtisadi fəsadlar yaratdığını bildirib.

Azərbaycan dili və mədəniyyətinin qorunması ilə bağlı vədləri təkrar edən İbrahim Rəisi Təbrizdə Ustad Şəhriyarın məzarını ziyarət edib. O, bununla bağlı rəsmi "Twitter" hesabında “fars dilində şeir yazan azəri dilli şair Məhəmməd Hüseyn Behcəti Təbrizi Şəhriyarın məzarı başında fatihə”  yazıb.

Xatırladaq ki, ötən həftə Qərbi Azərbaycan əyalətinə səfəri zamanı İbrahim Rəisi Həsən Ruhaninin vədlərini yenidən təkrar edərək Urmu gölünün faciəli durumunun sona çatması, gölün bərpası üçün addımlar atacağını demişdi.

Qeyd edək ki, ötən seçkilərdə Həsən Ruhani seçicilərə bir sıra vədlər vermişdi.  

Urmu gölünün bərpası, türk dilində təhsil layihəsinin reallaşdırılması  və türk dili akademiyasının qurulması Həsən Ruhaninin 8 il öncə prezident seçkiləri ərəfəsində Azərbaycan türklərinə verdiyi əsas vədlərdən idi.

Lakin iki dövr prezident kürsüsünə oturan və bu günlərdə müddəti başa çatmaqda olan Həsən Ruhaninin verdiyi vədlərin heç biri yerinə yetirilməyib.

Bununla yanaşı o, may ayının ilk günlərində fars dili və ədəbiyyatı müəllimləri ilə keçirdiyi görüşdə fars dilini İranın kimlik bəlgəsi və milli birliyin əsas amili adlandırıb.

Prezident qeyd edib ki, qeyri-fars xalqların öz dillərində təhsil almaq istəyi "düşmənlərin fitnəsi"dir. O, ana dilində təhsil tələbini "fars dilinə və milli kimliyə qarşı nifrət bəsləyən qüvvələrin hücumu" olduğunu deyib.

İndi isə Güney Azərbaycan və İranda yaşayan türklərinin dəstəyini qazanmaq, onların seçkilərdə aktivliyini artırmaq üçün eyni vədlər İbrahim Rəisi və başqa namizədlər tərəfindən səsləndirilməkdədir.
 

C.E

 

Mövzu ilə bağlı digər xəbərləri buradan oxuya bilərsiniz:  

https://gunaz.tv/az/new/iranda-ayetullah-edam-leqebi-ile-taninan-prezident-seckilerine-namized-ibrahim-reisi-urmu-golunun-berpasindan-danisib-1623407594

https://gunaz.tv/az/new/iranda-prezidentliye-iki-namized-arasinda-turk-dili-ustunde-mubahise-bas-verib-1623220290

https://gunaz.tv/az/new/iranda-jurnalistler-ve-media-emekdaslari-prezidentliye-namized-ibrahim-reisiye-yaxin-qurum-ve-tehlukesizlik-qurumlari-terefinden-tehdid-edilir-1621508188

https://gunaz.tv/az/new/iranda-ayetullah-edam-leqebi-ile-taninan-axund-ibrahim-reisi-prezidentliye-namizedliyini-ireli-surub-1621069123

https://gunaz.tv/az/new/iranda-210-deputat-beyanat-yayaraq-namizedlerden-4-unu-ibrahim-reisinin-xeyrine-seckide-istirakdan-imtina-etmeye-cagirib-1623833988

 


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

24 İyul Təbriz aksiyasında saxlanılanlardan 3-ü dindirilib

2021-08-01

gun az article

Qəzvində üç məhkum edam edilib

2021-08-01

gun az article

Milli fəallar Aydın Zakiri və Vəhid Xavəndinin ittihamları sübuta yetirilməyib

2021-07-31

gun az article

Təbriz aksiyasında saxlanılan fəal müvəqqəti azadlığa buraxılıb

2021-07-31

gun az article

Yanğının söndürülməsində Türkiyə və Azərbaycan yanğınsöndürənləri birgə iştirak edir

2021-07-31

gun az article

Zənganda son bir ayda 27 nəfər yol qəzalarının qurbanı olub

2021-07-31

gun az article

Vərziğanın milət vəkili Süngün mis mədəninin talanmasına bəraət qazandırıb

2021-07-31

gun az article

Üç türkmən jurnalist məhkəməyə çağırılıb

2021-07-31

gun az article

Milli fəal Əli Vasiqi məzuniyyətə buraxıldı

2021-07-31

gun az article

Xamneyinin nümayəndəsindən Allahşükür Paşazadəyə dəstək

2021-07-31

gun az article

Təbrizdə tarixi yer adları yenidən farslaşdırıldı- FOTO

2021-07-31

gun az article

“Traxtur”dan böyükhesablı qələbə- Təbriz klubu paytaxt təmsilçisini darmadağın etdi -VİDEO

2021-07-31

gun az article

Milli fəal Rza Vasiqi Ərdəbil həbsxanasına qayıdıb

2021-07-31

gun az article

GünazTV July.30.2021-Azadlıq səsi: İran rejimi dağılmağa doğru

2021-07-30

gun az article

GünazTV July.30.2021: Körpü: İran’da İnterneti Kəsmək

2021-07-30

gun az article

Təbrizli xeyriyyəçi məktəblilərin xərclərinin ödənilməsi üçün 4 qatlı bina bağışlayıb

2021-07-30

gun az article

24 iyul aksiyasında saxlanılan milli fəalların son durumu ilə bağlı məlumat açıqlandı

2021-07-30

gun az article

Tikintisi 14 ildir davam edən Təbriz-Əhər yolunun açılışı yenə ertələndi

2021-07-30

gun az article

Təbrizdə məhbuslara dəstək aksiyası: Şəhərdə afişalar yayıldı- FOTO

2021-07-30

gun az article

Şəhruz və Şahin Bərzgər qardaşlarının son durumu ilə bağlı məlumat açıqlandı

2021-07-30