İran seçkilərində irqçilik: Namizədin türkçə çıxışı “rəzalət” adlandırılıb-FOTOLAR

2021-06-08 12:33

​​​​​​​İran prezidentliyinə namizədliyi təsdiq olunmuş iki azərbaycanlı siyasətçinin televiziya çıxışı Güneydə və ölkənin digər bölgələrində tənqidlərlə üzləşib.

Gunaz.tv Quote | Gunaz article

Möhsün Mehrəlizadə və Əbdülnasir Hümməti İran televiziyasında təşviqat xarakterli çıxış zamanı bir neçə kəlmə türkcə danışıblar.  İranda yaşayan türklərin dəstəyini almaq üçün edilən bu jest ölkədə və güney Azərbaycanda birmənalı qarşılanmayıb. 

Hər iki namizədin çıxışı həm panfarsist cərəyanlara mənsub şəxslər, həm də parlamentində təmsil olunan azərbaycanlı millət vəkili tərəfindən ciddi qınaqla qarşılanıb.

Təbrizin İran parlamentindəki nümayəndəsi Ruhullah Mütəfəkkir Azad özünün "Twitter" hesabında etdiyi paylaşımda hər iki namizədi tənqid edərək yazıb: “Azərbaycanın tarixi əsərlərini İranın milli pulun üzərində çap etmirlər. Prezidentin müavini kimi Azərbaycanın inkişafı üçün heç bir addım atmırlar. Belə olduğu təqdirdə bir neçə kəlmə türkcə danışmaq və türkcə şeir oxumaq xalqın hansı dərdini həll edəcək?”

Qeyd edək ki, Əbdülnasir Hümməti İran Milli Bankının başçısı olub. Millət vəkili "İranın milli valiyutasının üzərində Azərbaycanın tarixi əsərləri əks olunmayıb" deyəndə Əbdülnasir Hümmətinin Azərbaycana ögey münasibətini nəzərdə tutub.

Bununla yanaşı Mərkəzi əyalətin Fərahan şəhərinin İran parlamentindəki nümayəndəsi Əhməd Əmir Abadi də Əbdülnasir Hümmətinin çıxşını tənqid edib.

 “Cənab Hümməti, sən pantürkistlərin və “azəri dillilərin” dəstəyini almaq üçün bir neçə kəlmə türkcə danışdın. Ancaq parlamentdəki xüsusi danışıqlarda özünü qeyri-türk kimi göstərməyə çalışırdın. Evində övladlarınla türkcə danışırsan? Onda sosial mediada onlarla türkcə danışığınızdan bir şeylər paylaşın”-deyə, yazıb.

Bir sıra panfarsist cərəyanlar və şəxslər, o cümlədən İranın Tələbə Səfərbərliyi Vəzifələrini Müəyyənləşdirən Şuranın keçmiş katibi Məhəmməd Əmin Səlimi də namizdələrin türkçə xitabını qəzəblə qarşılayıb.

O, sosial mediada etdiyi paylaşımda Möhsün Mehrəlizadə və Əbdülnasir Hümmətinin təbliğat kampaniyasını bu şəkildə başlamalarını “tərbiyəsizlik və rəzillik” adlandırıb.

C.E

 

ورود مبتذل دو کاندیدا به مناظره

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

2021-09-18

gun az article

Azərbaycan idmançılarından böyük uğur: Komanda İran çempionatında birinci oldu

2021-09-18

gun az article

Güneyli sənətçi koronavirusdan vəfat etdi

2021-09-18

gun az article

Qəzvin bağlarında yanğın baş verib

2021-09-18

gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16