SON XƏBƏRLƏR

Professor Kamal Çiçək: “Ermənilərlə keçirilən görüşlərdə Azərbaycanın əleyhinə atıla biləcək hər hansı addımdan söhbət gedə bilməz”

2021.10.20, 07:36
Professor Kamal Çiçək: “Ermənilərlə keçirilən görüşlərdə Azərbaycanın əleyhinə atıla biləcək hər hansı addımdan söhbət gedə bilməz”

Gunaz.tv
Professor Kamal Çiçək: “Ermənilərlə keçirilən görüşlərdə Azərbaycanın əleyhinə atıla biləcək hər hansı addımdan söhbət gedə bilməz” İstanbul-APA. Türkiyənin xarici işlər naziri Əli Babacan türk və erməni diplomatik heyətləri arasında iyulun 8-də gizli görüşün keçirilməsi xəbərini təsdiqləyib. APA-nın Türkiyə bürosunun məlumatına görə, Ankarada bir günlük səfərdə olan İranın xarici işlər naziri Manüçöhr Mottəki ilə birgə mətbuat konfransı keçirən Əli Babacan görüşün onun təlimatı ilə keçirildiyini bildirib: “Bu, mənim təlimatımla Türkiyə və Ermənistan xarici siyasət idarələrinin yüksək rütbəli diplomatlarının iştirakı ilə keçirilən görüşdür. Belə görüşlər ara-sıra keçirilir. Burada əsas məqsəd – iki ölkə arasında dialoq yolunu açıq tutmaqdır”. Əli Babacan iki ölkə arasında 1915-ci il hadisələri ilə bağlı fikir ayrılığı olduğunu xatırladıb: “Biz bölgədəki bütün problemlər kimi, Ermənistanla da problemlərimizin dialoq yolu ilə həllinə tərəfdarıq və qarşı tərəfin atacağı addımları gördükdən sonra dialoqu davam etdirib-etdirməməklə bağlı qərar verəcəyik”. Türkiyə və Ermənistan diplomatlarının gizli görüşünü APA-nın Türkiyə bürosuna şərh edən Türk Tarix Kurumunun erməni araşdırmaları şöbəsinin müdiri Kamal Çiçək də bu faktı təsdiqləyib: “Biz də Avropanın müxtəlif şəhərlərində - Osloda, Zalsburqda müxtəlif təşəbbüslər çərçivəsində ermənilərlə görüşürük. Biz tarixi hadisələri araşdırmaq üçün müştərək komissiya qurulmasına dair təklif irəli sürsək də, hələlik, müsbət cavab ala bilməmişik. Eyni zamanda Bostondakı daşnak arxivlərinin açılmasına da nail ola bilmirik. Bu görüşlərdə indiyə qədər heç bir nəticə əldə edilməyib. Azərbaycanlı qardaşlarımız narahat olmasın – istər Xarici İşlər Nazirliyimizin, istərsə də bizim keçirdiyimiz görüşlərdə qardaşlarımızın mənafeyi əleyhinə atıla biləcək heç bir söhbət gedə bilməz. Narahat olmağa səbəb yoxdur. Bu, eyni zamanda ermənilərin bizim haqlı tələblərimiz qarşısında küncə sıxılmalarının bir təzahürüdür”. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar