SON XƏBƏRLƏR

Professor Zehtabinin xatirəsi anıldı – VİDEO / GÖRÜNTÜ

2021.10.20, 07:36
Professor Zehtabinin xatirəsi anıldı – VİDEO / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Şəbistərdə türk dünyasının görkəmli mütəfəkkir alimi, güneyli yazıçı Prof. Dr. Məhəmmədtağı Zehtabinin xatirəsi anılıb.

 

Mərasim dekabrın 22-də tanınmış alimin vəfatının 19-cü ildönümü münasibəti ilə onun məzarı başında keçirilib.

 

Anım mərasiminə qatılan azərbaycanlı milli-mədəni fəallar mərhumun məzarı üstünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

 

Fəallardan biri Milli Hərəkata qarşı aparılan təxribatları qınayaraq bildirib ki, Azərbaycan Milli Hərəkatı belə təxribatlarla tutduğu yoldan dönməyəcək. O, yaradılan münazirə kanallarına işarə edərək oların Milli Hərəkata qarşı yönəldiyini deyib. “Biz belə şeylərə məhəl qoymuruq, sadəcə mədəni mübarizəmizi davam etdiririk”- deyə fəal öz çıxışında vurğulayıb.

 

Bəzi fəallar anım mərasimində Azərbaycan türkcəsində şeirlər oxuyublar.

 

https://www.youtube.com/watch?time_continue=14&v=Elgj5FCIxbg

 

Prof. Məhəmmədtağı Zehtabi (Kirişçi) 1923-cü ilin dekabrında Təbriz yaxınlığındakı Şəbistər şəhərində dünyaya göz açmışdır. Orta məktəbi Təbrizdə başa vuran Məmmədtağı Zehtabi öz ana dili ilə yanaşı fars, ərəb, fransız, mühacirət dövründə isə rus dillərini mükəmməl mənimsəyə bilmişdir.

Zehtabi hələ 18 yaşlarında ikən Hacı Mirzə Əli Şəbistərinin təşəbbüsü ilə ana dilində nəşr olunan «Azərbaycan» qəzetində məqalə və şeirləri ilə çıxış etmişdi. 1946-cı ildə Azərbaycan Milli Hökuməti dövründə Güney Azərbaycanda açılmış Təbriz Universitetinin ilk tələbələrindən olub. Universitet təhsilini başa çatdırmaq və İrandakı rejimin siyasi təqiblərindən yaxa qurtarmaq üçün Quzey Azərbaycana mühacirət etmiş və orada qısa müddət ərzində Azərbaycan tarixi, dili və ədəbiyyatına aid bir neçə kitab çap etdirmişdir. 1979-cu ildə İranda Pəhləvi rejimi yıxıldıqdan sonra vətəni Təbrizə qayıdan Prof. Zehtabi öz elmi tədqiqatlarını geniş şəkildə davam etdirmişdir. Vəfatınadək (1998-ci il dekabrın 22-i) Azərbaycan tarixi haqqında yazdığı əsərlər bütöv Azərbaycan tarixşünaslığında yeni bir cığır açmışdır. Onun ən məşhur əsəri “İran türklərinin əski tarixi” kitabıdır.

https://www.youtube.com/watch?time_continue=18&v=JKJbaxavNjo

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar