SON XƏBƏRLƏR

Putin "NATO xəstəliyi"

2021.10.20, 07:36
Putin "NATO xəstəliyi"

Gunaz.tv
Putin "NATO xəstəliyi" putin12.jpg "Avropa Birliyi, ABŞ və keçmiş sosialist ölkələri Rusiyanın niyyətlərini daha yaxşı başa düşməyə başlayıblar" Rusiyanın baş naziri Vladimir Putin NATO-nun genişlənməsinin kollektiv təhlükəsizlik baxımından faydasız olduğunu, bunun yeni vəzifələri həll etmədiyini və xüsusi bölgülər yaratdığını bəyanlayıb. O, Ukraynaya satılan qazın qiymətlərinin Avropa standartlarıyla tənzimlənməsinin tərəfdarı olduğunu da söyləyib. Politoloq Qabil Hüseynli Rusiyanın tipik imperiya dövləti olduğunu və Vladimir Putinin də bu dövlətin təfəkkürünün daşıyıcısı kimi çıxış etdiyini bildirdi. Bu mənada da hazırkı baş nazir, eks-prezident yalnız Rusiyanın maraqlarını, strateji niyyətlərini imperialist ölkəyə uyğun olan normal hal kimi qavrayır. Tural NATO isə son vaxtlar öz sıralarına 10 keçmiş sosialist dövlətini qatıb, həmin ölkələr Avropa Birliyinə də qəbul olunublar. İndi bu ölkələrdə həyat səviyyəsi, əmək haqları və digər iqtisadi göstəricilər Rusiyadakından da yaxşıdır. NATO bu ölkələrə təhlükə də gətirməyib, əksinə, onları Rusiya təzyiqindən qoruyan bir təşkilata çevrilib. Digər tərəfdən, Alyans həmin ölkələrə demokratiya və insan haqlarıyla bağlı normativlər də gətirib. Bu da NATO-nun siyasi imicini daha da artırıb. Bu normativlər də həmin ölkələrdə siyasi sistemin və cəmiyyətin təşkilində əhəmiyyətli rol oynayır. Ona görə də NATO-nun genişlənməsi Moskvanın qeyri-sağlam və yeni dünya düzəninə uyğun gəlməyən maraqlarına mənfi təsir edə bilər və Vladimir Putin də bunu təhlükəli saya bilər". Bu məsələdə NATO-nun tərkibinə daxil olan xalqlar və onların siyasilərinin necə düşünməsinin də sual doğurduğunu deyən Qabil Hüseynli bildirdi ki, Vladimir Putinin belə fikirləri nəzərə almaq istəmədiyini bildirdi. Başqa sözlə, bu baxışlar Rusiyanın keçmiş prezidenti, indiki baş nazir üçün əhəmiyyətli sayılmır: "Vladimir Putin başqa xalqların hansı yolu seçməsinə hörmətlə yanaşmalıdır. Xalqlara nəsihət vermək, onlara yol göstərərək həmin millətlərə nəyin uyğun gəlib gəlmədiyini təlqin etməyə çalışmaq, köhnə imperialist ədasıdır. Bu mənada baş nazirin söylədikləri NATO-nun oynadığı müsbət rola kölgə sala bilməz". Ukraynaya satılan qazın qiymətinin qaldırılması və onun dünya bazarı qiymətinə uyğunlaşdırılması məsələsinə gəlincə, Qabil Hüseynli Rusiyanın hər vasitəylə bu ölkəyə təzyiq göstərməyə çalışdığını söylədi. Çünki Ukrayna faktiki olaraq GUAM-ın liderlərindən, lokomotivlərindən biridir. GUAM isə getdikcə nüfuzunu artıran və MDB-nin özündən belə nüfuzlu quruma çevrilən beynəlxalq bir təşkilatdır. Ukraynanın bir çox addımları-enerji daşıyıcıları məsələsində tutduğu mövqe, xüsusən "Nabucco" və TRASECA layihələri çərçivəsindəki bir sıra iqtisadi layihələrə dəstək verməsi, GUAM-ın sıralarının artırılmasına xüsusi qayğı göstərməsi və Azərbaycanla ikitərəfli münasibətləri surətlə inkişafı Rusiyanın xoşuna gəlmir. Ona görə də imperialist ölkə öz əlində olan enerji dəyənəyindən istifadə etməyə çalışır: "Qazın qiymətləri məsələsində Rusiyanın siyasəti təkcə Ukraynanın yox, bütün Avropa Birliyini narahat edir. Çünki Rusiya bu sahədə inhisarçı mövqeyə malikdir və qaz amilindən siyasi niyyətlərini həyata keçirmək üçün yararlanır. Bu səbəbdən də "Nabucco" və buna bənzər digər layihələr ideya və praktiki həll şəklində meydana çıxıb və Rusiyanı da bu narahat etməyə bilməz. Amma qonşu ölkənin bu sahədə atdığı addımlar çətin ki, öz hədəfinə çatsın. Çünki artıq həm Avropa Birliyi həm də ABŞ və o cümlədən də keçmiş sosialist ölkələri və bu gün NATO-ya daxil olan ölkələr Rusiyanın niyyətlərinin əvvəlkindən daha yaxşı başa düşməyə başlayıblar. Bu səbəbdən də Ukraynanı təcili surətdə NATO-ya assosiativ üzv qəbul etmək haqda məsələ qaldırıblar. Bu Polşa və Norveçin təklifidir". Rusiyanın Boris Yeltsinin zamanında da NATO-nun genişlənməsi məsələsi ətrafında öz səsini kəskin şəkildə qaldırdığını deyən ekspert sonralar Kremlin bununla barışdığını bildirdi: "Bu Yeltsinin və Putinin dövründə belə olub və olduğu kimi də davam edəcək. Hətta hay-küyünün bir səmərə vermədiyini Rusiya NATO-ya daxil olmaq haqında ideya da qaldırıb. Bu quruma xüsusi bir statusla qəbul olunmaq haqqında məsələ qaldırılarkən həmin təklifi NATO qəbul etmədi. İndi isə Rusiya Yeltsinin dövrüylə müqayisədə neft və qazın pulları hesabına müəyyən qədər güclənib. Bunun hesabına da NATO-nun genişlənməsinə xüsusi müqavimət göstərilir. Çünki bu Alyans genişləndikcə Rusiyanın ətrafında Qərbmeylli xüsusi bir dövlətlər qrupu yaranır ki, bu da qonşu ölkənin özünün təfəkkür tərzinə görə strateji maraqlarına uyğun gəlmir. Amma bu ölkə əgər dünya düzəninə uyğunlaşsa, ümumi dəyərləri qəbul edib digər xalqlarla siyasi və iqtisadi inteqrasiya yolunu seçsə, baş verənlərə soyuqqanlıqla yanaşmalı və özü də bu proseslərin fəal iştirakçısı olmalı idi. Gələcəkdə Rusiyanın NATO-nun genişlənməsilə bağlı ciddi etirazlar edəcəyini də düşünmürəm". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar