Putin: “Qarabağ üzrə üçtərəfli bəyanat ardıcıllıqla icra olunur, bu da münaqişənin ədalətli həllinə zəmin yaradır” - VİDEO - YENİLƏNİB

2021-01-11 16:54

Rusiya prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyana Qarabağ üzrə nizamlanmanın əsas istiqamətləri ilə bağlı yeni addımları müzakirə etməyi təklif edib.

Gunaz.tv Quote | Gunaz article

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremldə keçirilən üçtərəfli görüşdə çıxışında Rusiya prezidenti Vladimir Putin bildirib.


V. Putin deyib ki, Qarabağ üzrə razılaşma ardıcıllıqla icra olunur, bu da münaqişənin ədalətli həllinə zəmin yaradır: “Bu gün biz məmnunluqla qeyd edə bilərik ki, üçtərəfli bəyanat ardıcıllıqla həyata keçirilir. Əminik ki, bu, münaqişənin uzunmüddətli və tamformatlı, Azərbaycan və erməni xalqlarının maraqlarına uyğun ədalətli həllinə zəmin yaradır”.


Rusiya Prezidenti Dağlıq Qarabağda vəziyyətin sakit olduğunu, artıq 48 min məcburi köçkünün geri qayıtdığını diqqətə çatdırıb.


V. Putin bildirib ki, bu gün ötən ilin 9 noyabr tarixli birgə bəyanatdan irəli gələn nizamlanmanın əsas istiqamətləri üzrə növbəti addımların atılmasını qeyd etmək vacib olardı: “Rusiya sülhməramlıları kontingentin fəaliyyəti, demarkasiya xətlərinin dəqiqləşdirilməsi, humanitar problemlərin həlli və mədəni obyektlərin mühafizəsini nəzərdə tuturam”.


Rusiya lideri qeyd edib ki, regionda iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin bərpa olunmasına, sərhədlərin açılmasına xüsusi diqqət yetirilməlidir. “Nəzərdə tutulur ki, Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi altında üçtərəfli xüsusi işçi qrup bu məsələlərlə məşğul olacaq”, - deyə V. Putin vurğulayıb.


Rusiya Prezidenti danışıqların işgüzar vəziyyətdə keçəcəyinə və regionda möhkəm sülhün, təhlükəsizliyin və ardıcıl sosial iqtisadi inkişafın təmin olunmasına xidmət edəcəyinə ümid etdiyini bildirib: “Biz hamımız sözsüz ki, bunda maraqlıyıq”.

***
15.13
Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında üçtərəfl görüş başlayıb.


APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kremldə keçirilən görüşdə 10 noyabr 2020-ci ildə imzalanmış Dağlıq Qarabağ üzrə üçtərəfli bəyanatın reallaşdırmasının gedişatının nəzərdən keçirilməsi və regionun problemlərinin həlli üzrə sonrakı addımların müzakirəsi planlaşdırılır.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda koronavirusdan daha 91 nəfər ölüb, 6 608 yeni növ “Covid-19”a yoluxma halı aşkarlanıb (Rəsmi statistika)

2021-01-27

gun az article

Aviv Koxavi: “İrana qarşı mümkün hücumla bağlı bir neçə hərbi planın hazırlanmasına göstəriş vermişəm”

2021-01-27

gun az article

Cəbrayılın Göyərçinveysəlli kəndi – FOTOLAR + VİDEO

2021-01-27

gun az article

Rusiyalı diplomat XİN-ə çağırıldı - ETİRAZ

2021-01-27

gun az article

Rəsmi Bakı Yerevanın Vardenis-Ağdərə yolundan istifadə xahişini qəbul etməyəcək

2021-01-27

gun az article

Qarabağda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi işə başlayır -FOTOLAR

2021-01-27

gun az article

Diaspordan Paşinyana ŞƏRT: “İstefa ver, Ermənistana investisiya yatıraq”

2021-01-26

gun az article

Azərbaycanda son sutkada 551 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub, 7 nəfər vəfat edib

2021-01-26

gun az article

İran rəsmisi: “Biz, Co Baydenin ilk diplomatik addımını gözləyirik”

2021-01-26

gun az article

İranda koronavirusdan daha 79 nəfər vəfat edib, 6 420 nəfər xəstəliyə yoluxub (Rəsmi statistika)

2021-01-26

gun az article

İranda “Signal” sosial şəbəkəsinə süzgəc qoyulub

2021-01-26

gun az article

İranda daha bir gənc güləşçi edam edilib

2021-01-26

gun az article

ATƏT Dağlıq Qarabağın status məsələsini yersiz qabardır - Hikmət Hacıyev

2021-01-26

gun az article

Şuşada Şəhidlər Xiyabanı...

2021-01-26

gun az article

Ermənistan parlamenti buraxıla bilər - YENİ SEÇKİLƏR

2021-01-26

gun az article

Şahin Mustafayev ermənistanlı həmkarı ilə Naxçıvan dəhlizini müzakirə edəcək

2021-01-26

gun az article

GünazTV Jan.25.2021 : “Miqrant ailəsinin yetişdirdiyi Vitse-Prezident Kamalla Harris”

2021-01-25

gun az article

Rəsmi Bakı rusiyalı deputatın adını “qara siyahı”ya saldı

2021-01-25

gun az article

Səid Xətibzadə Zərifin Azərbaycana səfərindən danışıb

2021-01-25

gun az article

İranın hökumət qüvvələri Bəlucistanda tikilməkdə olan sünnilərə məxsus məscidi dağıdıblar

2021-01-25