SON XƏBƏRLƏR

Putin Rusiya hərbi təyyarəsinin vurulmasını “faciəli təsadüflər zənciri” adlandırıb

2021.10.20, 07:36
Putin Rusiya hərbi təyyarəsinin vurulmasını “faciəli təsadüflər zənciri” adlandırıb

Gunaz.tv

GünAz TV: Rusiya prezidenti Vladimir Putin Rusiyaya məxsus hərbi təyyarənin Suriya tərəfindən vurulmasını “faciəli təsadüflər zənciri” adlandırmaqla İsraillə münasibətlərin gərginləşməsinin qarşısını almağa çalışıb.

 

Suriya İsrail raket hücumuna cavab atəşi açan zaman təsadüfən Rusiyaya məxsus kəşfiyyat təyyarəsini vurub. Hadisə nəticəsində təyyarədə olan 15 nəfər həlak olub.

 

Rusiya müdafiə naziri Sergey Şoiqu israilli həmkarı Aviqdor Libermana hadisəyə görə İsrailin tam məsuliyyət daşıdığını və Rusiyanın buna cavab verməyə tam haqqı olduğunu deyib.

 

Lakin Putin məsələyə müdaxilə edərək, baş vermis hadisəni “faciəli təsadüflər zənciri” adlandırıb.

 

İsrailin baş naziri Benyamin Netanyahu rusların ölümünə görə kədərləndiyini bildirib və hadisəyə görə Suriyanı günahlandırıb.

 

İsrail hərbi qüvvələri təyyarələrin İranın dəstəklədiyi Hizbullah terror qrupunu silahla təmin edən Suriya hərbi bazasını hədəf aldığını bildirib. (Amerikanın səsi)

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar